Azərbaycanda 2024-cü ildə keçiriləcək bələdiyyə seçkilərinin tarixi müəyyənləşib.
İqtisadiyyat.az-ın açıqlanan rəsmi mənbələrdən əldə etdiyi məlumatına görə, bələdiyyə seçkilərinin dekabrın 23-də keçiriləcəyi nəzərdə tutulub.
Qeyd olunan tarix bazar ertəsi gününə təsadüf edir və həmin gün qeyri-iş günüdür.
Bununla yanaşı bələdiyyə seçkilərinin keçiriləcəyi dəqiq tarix isə hələlik təsdiqlənməyib. Odur ki, tarixin dəyişəcəyi də mümkün ola bilər.
Seçki Məcəlləsinə əsasən, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.
Xatırladaq ki, Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.