Son günlər redaksiyamıza daxil olan ,məlumatlarda ölkəmizdə bir çox əlillərin ,qazilərin əlillikləri ,Sosial Təminat Naziri Sahil Babayevin göstərişi ilə ləgv olunub yenidən kamsiyadan keçmələri üçün ,göstəriş verdi.Bir çox əlillərimiz və qazilərimiz günü bu gündə öz əlillik haqlarını ala bilmirlər. Və elə qazilərimiz var ki, qırx dörd günlük müharibədə qolunu ,qılçasını və digər orqanlarını itirmiş gənclərimiz bu gün haqqı olan ,əlillik sənədlərini ala bilmədikləri halda ,bəziləri çox asan yollarla ,rüşvət müqabilində pisixatiriya xəstəxanalarından və mərkəzlərindən əlillik sənədləri əldə edirlər.Xususən də, belə hallar Gəncə pisixatiriya xəstəxanasında baş verdiyi haqda adının çəkilməsini istəməyən mənbə, redaksiyamızı məlumatlandırmışdır.Belə ki ,həmin xəstəxanada saxda sənətlərlə bəzi vətəndaşlara hərbi xidmətdə olan ,maxelərə , gizirlərə və sairələrə pisixatirik əlillik sənədləri düzəldilir. Əldə olan məlumatlara görə ,sən demə ,ən asan əlillik sənədləri əldə etmək üçün,pisixatiriya xəstəxanalarına və mərkəzlərinə müraciət etmək lazım imiş.Hətta ,həmin xəstəxanaların rəhbərliyi saxta sənəd verdiyi adamlardan guya xəstəxanada yatıb adı ilə ,20 gün üçün 300 manat rüşvət alırlar. Bitmədi. Həmin 20 gün üçün xəstə olmayan ,xəstənin ərzaq pulu da mənimsənilir.Gərəkdiyində həmin adamlara digər xəstəxanalardan da ,20 günlük xəstə yatması haqqında sənəd almaları üçün ,yol göstərir və ünvan veririlər.Qeyd edim ki , aldığımız məlumatlarda bu hallar “Gəncə Pisixatiriya xəstəxanası-nın baş həkimi E. Mirzəyeva tərəfindən də,həyat keçirilmişdir.Məlumatın doğru olub – olmaması haqda Elmira həkimə suallarımı ünvanladım .O isə ,öz növbəsində araşdırıb bir neçə gün müddətinə sorğumuzu telefon vasitəsi ilə cavablandıracağına söz verdi.Biz isə ,Elmira xanımın cavabından sonra davamını yazacayıq və saytımız vasitəsi ilə oxucularımıza çatdıracayıq.
Neymət Novruzlu.