2023-cü il noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz artaraq, milli valyuta ekvivalentində 23196,5 milyon manat təşkil edib.
“Qafqazinfo” Dövlət Statistika Komitəsinə (DSK)) istinadən xəbər verir ki, ümumi kredit portfelinin 19311,7 milyon manatı və ya 83,3 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 96,82 faizi banklar, 3,18 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 31,8 faiz azalaraq 440,4 milyon manat olub və ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.