“Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya ilə buzları əridəcəyi gözlənilən idi”.
Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.
Onun sözlərinə görə, İrəvan administrasiyasının Moskvaya yönəlik ritorikası son dönəm Qərbin təkidi ilə daha da aqressivləşmişdi:
“Rusiya isə uzun gözləmə dönəmindən sonra cəza mexanizmini ilk olaraq “Lars” keçid məntəqəsini bağlamaqla işə saldı. Ardınca Ermənistanda Paşinyana yönəlik təzyiqlər gücləndi. Separatçı rejimin tör-töküntüləri aktivləşərək hazırkı hakimiyyətə təhlükələr yaratdı. Bütün bunların fonunda Gümrüdə hakim “Mülki müqavilə” partiyasının siyasi toplantısında Paşinyan və XİN rəhbəri Ararat Mirzoyan Qərbin onların addımlarını dəyərləndirməməsindən gileyləniblər və Moskvaya yönəlik siyasəti yumşaltmalı olduqlarını ifadə ediblər. Təsadüfi deyil ki, məhz həmin periodda Ermənistan baş naziri dekabrın 25-i Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-sı isə MDB sammitində iştirak etmək qərarı alıb.
Züriyə Qarayeva
Bu günə qədər Paşinyan bir neçə dəfə müvafiq tədbirlərə qatılmaqdan və KTMT çərçivəsində keçirilən iclas və təlimlərdən imtina etmişdi. Yumşalma ritorikasında məqsəd İrəvanı Rusiyanın sanksiyalarından yayındırmaq, eləcə də Ermənistanda keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərindən əvvəl təxribatlardan qorunmaqdır. İrəvan-Moskva xəttində yumşalma yaxın perspektivdə Zəngəzur dəhlizi ilə bağlı ciddi addımların atılacağına ümidləri artırır. Lakin eyni fikri sülh müqaviləsi üçün söyləmək çətindir”.