Azərbaycanın hüquq-mühafizəorqanları «qara bazar»a külli miqdarda dollar kütləsinin çıxarılması iləbağlı araşdırmalara başlayıblar.
Shafaqadogru.com xəbər verir ki, Fins.az-ın apardığı araşdırmaya görə, "qara bazar"a vəsait yönəltdiyinəgörəölkəbanklarından bir neçəsinin vəzifəli şəxsləri dindirməyəalınıb. Banklardan qara bazara böyük həcmdə– bir neçəyüz milyondan 1 milyard dollara qədəp vəsaitin çıxarıldığı iddia olunur.
«Satırıq, ancaq dollar yoxdu»
Qeyd edək ki, son günlər valyuta bazarında dollara tələbat vəbu məsələətrafında ajiotaj yenidən yüksəlib. Dollara tələbatın artması fonunda bankların bir hisəsinin dollar satışını məhdudlaşdırması vəya tamamilədayandırması "qara bazar"ın yenidən aktivləşməsinəsəbəb olub.
Məlumdur ki, Mərkəzi Bank vəDövlət Neft Fondu həftədə2 dəfəvalyuta hərracı keçirir. Hərraclara nəqədər valyuta çıxarılması barədəməlumatlar açıqlanmasa da bəllidir ki, banklar həftəərzindəən azı 200 milyon dollar ala bilirlər. Bir qədərəvvəl isəbazarda dollara tələbatı ödəmək vəbu məsələnin tamamiləgündəlikdən çıxarılması üçün Fondun vəsaitlərindən böyük həcmdədollar kütləsi bazara çıxarılmışdı.Amma, buna baxmayaraq bundan ötən bir neçəgündən sonra və hazırda banklarınəksəriyyəti ya ümumiyyətlədollar satmırlar, ya da limitləsatırlar.
«Qara bazar»da limitsizəməliyyatlar
Dollar dəyişmək istəyənlərin narazılığına səbəb olan bu hal, hüquq-mühafiəorqanlarının da diqqətini cəlb edib. Məsələbundadır ki, dolların qıt olması barədəyayıdan məlumatlar bu sahəyəbirbaşa aidiyyatı olmayan şəxsləri dəvalyuta ehtiyatı toplamağa vadar edir vəbu da bazarda gərginliyi artırır. Üstəlik, dolların «qara bazarda» faktiki olaraq açıq satışda olması vəməhdudiyyətsiz (hər halda banklardakından daha böyük həcmdə) satılması cəmiyyətdəbu sahəyəciddi nəzarət olmadığı qənaətini yaradır vəümumilikdəbank sektorunun işinəinamı azaldır.
Görünür buna görə, məsələni yerli hüquq-mühafizəorqanları araşdırmağa başlayıblar.
Bankirlər limitdən necəqaznırlar?
Müşahidələr göstərir ki, bankların dolları limitləsatması dollar ehtiyatlarının idarəedilməsi iləyanaşı, bəzən "kassada pul yoxdur" bəhanəsiəslindəonlarınəlavəqazanc niyyətlərinəsöykənir. Məsələbundadır ki, rəsmiəməliyatlar zamanı dolların alış-satış məzənnəsi tənzimlənir – bu göstəricilər Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən 4% aşağı vəya yuxarı olmamalıdır. «Qara bazara» isəbeləlimitlər yoxdur – dollar istənilən məzənnəiləsatılır.
Nəticədə, bankın vəyaəksər hallarda bank filialının rəhbərinəçıxışı olan müştərilər dolları kassada qoyulan kursdan baha olsa da ala bilirlər. Beləvəziyyətdə, limitləsatışı təsdiqləmək üçün "xüsusi müştəriyə" satılan valyuta real məzənnəiləkassaya vurulur vəalıcı üstündəəlavəvəsait ödəməklədollar alır. Qarşı tərəf isəbuəməliyatdan ciddi gəlir götürür.