Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bildirib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan yerli KİV-ə müsahibəsində deyib.
Kostanyan Türkiyənin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında konstruktiv rol oynadığını bildirib.
"Ermənistan və Türkiyə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi, xüsusən üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün sərhədlərin açılması həm Ermənistan-Türkiyə münasibətlərinə, həm də Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərə bilər", - o deyib.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akar Ermənistanı sülh prosesini daha da ləngitməməyə çağırıb.