Şəfəqə Doğru » Manşet » Ukrayna ordusu sürətlə NATO standartlarına keçir - ABŞ institutu

Ukrayna ordusu sürətlə NATO standartlarına keçir - ABŞ institutu

Ukrayna ordusu sürətlə NATO standartlarına keçir - ABŞ institutu

Ukrayna ordusu sürətlə NATO standartlarına keçir.

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutu (ISW) hesabat dərc edib.

 

ISW hesabatında qeyd edilib ki, 2023-cü ilin dekabrından 2024-cü ilin yanvarınadək Ukrayna NATO-nun 18-dən çox standartını, o cümlədən şəxsi heyətin mühafizəsi, dəniz rabitəsi hazırlığı, informasiya və nəqliyyat sistemləri üçün prosedurlar tətbiq edib.

 

Qərb tərəfdaşları da Ukraynaya dəstək olaraq öz müdafiə sənayesi bazasını inkişaf etdirmək səylərini davam etdirirlər. Xüsusilə, ötən gün Almaniya silah istehsalçısı "Rheinmetall" şirkətinin baş direktoru Armin Papperger "Bild"ə müsahibəsində şirkətin Almaniyada yeni sursat istehsalı zavodu inşa etdiyini bildirib.

 

Şirkət strateji təchizat təhlükəsizliyi və Ukraynaya fasiləsiz təchizatı təmin etməklə məşğul olacaq.