Finlandiya prezidentliyinə namizədlər Aleksander Stubb və Pekka Haavistodan debat zamanı Rusiya prezidenti Vladimir Putinin zəngini qəbul edib-etməyəcəkləri soruşulub.
Shafaqadogru.com "Kommersant"a istinadən xəbər verir ki, Stubb cavab verməyəcəyini, ancaq rəqibi isə telefona cavab verəcəyini söyləyib.
“Mən cavab verməzdim. Putin bundan bir növ təbliğat kimi istifadə edərdi. Hazırda bizim Rusiya ilə heç bir münasibətimiz yoxdur”, - deyə o bildirib.
Pekka Haavisto hesab edir ki, dövlət başçısı zəng edərsə, cavab vermək lazımdır: “Mən telefonu prezident sarayındakı təmizlikçi xanıma verməzdim. Mən cavab verərdim və təbrikləri qəbul edərdim. Razılaşma olmadan mən substantiv siyasi müzakirə aparmazdım”.
Hər iki siyasətçi fevralın 11-də keçiriləcək seçkilərin ikinci turuna çıxıb. Sorğulara görə, yeni dövlət başçısının kreslosu uğrunda mübarizədə favorit, keçmiş baş nazir və XİN rəhbəri Aleksandr Stubb 27,2% səs toplayaraq birinci yeri tutub. Onun ən yaxın rəqibi, digər keçmiş xarici işlər naziri Pekka Haavisto da 25,8% səs toplayaraq liderdən geri qalmayıb.