Şəfəqə Doğru » Manşet » Dövlət xəstəxanlarındakı onlarla həkim işsiz qala bilər - Özəlləşmə başlayıb

Dövlət xəstəxanlarındakı onlarla həkim işsiz qala bilər - Özəlləşmə başlayıb

Dövlət xəstəxanlarındakı onlarla həkim işsiz qala bilər - Özəlləşmə başlayıb
"Dövlət xəstəxanalarının özəlləşdirilməsi doğru addım deyil”.

Bunu BakiPost.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla 11 dövlət səhiyyə müəssisəsinin özəlləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib.

Bildirib ki, beynəlxalq təcrübədə xəstəxanalar dövlət nəzarətindədir: "Bu mexanizm əvvəlcədən müəyyənləşdirilməlidir. Xəstəxanaya ilkin qiymət qoyub satışa çıxarmaq lazımdır. Çalışmaq lazımdır ki, dövlətin xeyrinə satıla bilsin. Xəstəxanaların bu dərəcədə satılmasının nəyə gətirib çıxaracağını deyə bilmərəm. Amma hesab edirəm ki, bu barədə düşünmək lazımdır. Məsələn, İngiltərə kimi ölkədə xəstəxanaların 90 faizi dövlət nəzarətindədir.

Özəlləşmənin nə dərəcədə effekt verəcəyini zaman gösətərəck. Amma hər halda dövlət qərarları qəbul edibsə, çalışmalıdır ki, satışdan maksimum gəlir götürə bilsin”.

Professor bununla daha çox özəl sektorun çəkisinin artdığını vurğulayıb. Qeyd edib ki, özəl sektorda xəstəxanaların çalışması çox müşkül bir işdir.

Adil Qeybulla qeyd edib ki, xəstəxana satıldıqdan sonra işçilərin orada qalıb-qalmama məsələsini də sahibkar müəyyənləşdirəcək: "Özəlləşən xəstəxananın hansı formada işləməsi və necə olması sahibkardan asılı olacaq. Dövlət xəstəxananı sahibkara satdığı üçün onun digər işlərinə müdaxilə edə bilməz. Yalnız xəstəxananın səhiyyənin qanunları ilə fəaliyyət göstərməsi məsələsinə qarışa bilər. Bu səbəbdən işçilərin ixtisar olunması da mümkündür”.

Qeyd edək ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev bu gün jurnalistlərə Azərbaycanda 11 dövlət səhiyyə müəssisəsinin özəlləşdiriləcəyini açıqlayıb.
Nazir müavini bildirib ki, müəssisələr özəlləşmək üçün artıq müvafiq siyahıya daxil edilib.

E.Ağayev özəlləşdiriləcək səhiyyə müəssisələri sırasında Mərkəzi Neftçilər Xəstəxanası, Dənizçilər Xəstəxanası və Dəmiryolu Xəstəxanası da olduğunu deyib.