Azərbaycanda ət, süd, yumurta istehsalı artıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıqda son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər heyvandarlıq məhsullarının istehsalına müsbət təsirini göstərib. Heyvandarlıq təsərrüfatlarında mal-qaranın qışlaması davam edir.
Cari ilin yanvar-fevral aylarında ölkə üzrə diri çəkidə 73,4 min ton ət, 290,1 min ton süd, 270,9 milyon ədəd yumurta istehsal edilib.
2015-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz, süd istehsalı 3,8 faiz, yumurta istehsalı 4,7 faiz artıb.