Şəfəqə Doğru » Manşet » Qazaxda qoca ər-arvadı nəvə və kürəkən öldürübmüş

Qazaxda qoca ər-arvadı nəvə və kürəkən öldürübmüş

Qazaxda qoca ər-arvadı nəvə və kürəkən öldürübmüş
Ruslan və Elşən ilkin ifadələrində cinayəti törədiklərini etiraf ediblər
Qazaxda yaşlı kişi və qadını öldürməkdə şübhəli bilinən nəvə və kürəkən saxlanılıb. Shafaqadogru.com-un yerli hüquq mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, rayonun Cəfərli kənd sakini Nəriman Bayraməli oğlu Osmanov və onun həyat yoldaşı Dünya Mehbulla qızı Bakıxanovanı qətlə yetirməkdə şübhəli bilinən onların nəvəsi Ruslan və kürəkənləri Elşən şübhəli şəxs kimi saxlanılıb. İlkin ifadələrində onlar cinayəti törədiklərini etiraf ediblər.
Faktla bağlı Qazax rayon Prokurorluğunda istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə martın 13-də rayonun Cəfərli kəndində qeydə alınıb. Kənd sakinləri – 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətlərində yaşayan, 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanovanın üzərilərin kəsilmiş-deşilmiş xəsarətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib.