Şəfəqə Doğru » Manşet » PENSİYA, MÜAVİNƏT VƏ MAAŞLAR ARTIRILACAQ

PENSİYA, MÜAVİNƏT VƏ MAAŞLAR ARTIRILACAQ

PENSİYA, MÜAVİNƏT VƏ MAAŞLAR ARTIRILACAQ

Ötən 2016-cı il bizim üçün bir tərəfdən həm yaxşı oldu, həm də gərgin və çətin il oldu. Gərginlik və çətinlik dünyada gedən ümumi proseslər fonunda devalvasiya və neftin qiymətinin dünya bazarında aşağı düşməsi ölkədə ümumi iqtisadi vəziyyətə mənfi təsir etdi. Bütün bunlara, yaşanan böhranlara baxmayaraq, Azərbaycan ildən ilə inkişaf edir.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev 2016-cı ilin yekunlarının şərhi və növbəti illə bağlı proqnozlarını Milli.Az-a açıqlayarkən deyib.

Millət vəkilinin sözlərinə görə, yaşanan çətinliklərə baxmayaraq Azərbaycanda sosial xərclər azaldılmadır: "Ötən il ölkədə səhiyyə, təhsil, mədəniyyət, idman sahəsində sosial layihələr davam etdirildi. Pensiya və müavinətlər qaldırıldı. Növbəti ilin büdcəsi təsdiq olunarkən bütün sosial məsələlər orada öz həllini tapdı. Yəni heç bir sosial sahədə azalma olmadı. Düzdür, böyük layihələrdə xərclərin azaldımasına gedildi, amma sosial məsələlərdə, xüsusən də pensiya və müavinətlərdə yox. 2017-ci ilin büdcəsində pensiya, müavinət və maaşların mütəmadi artırılması nəzərdə tutulub. Müxtəlif sosial layihələr yenə həyata keçiriləcək. Baxın görün nə qədər yollar salınır, bağçalar açılır. Bunlar yenə də davam etdiriləcək”.

Komitə sədrinin müavini qeyd edib ki, bu böhran təkcə Azərbaycanla bağlı deyil: "İndi bütün dünyada proses ağır gedir. Amma Azərbaycan bu vəziyyətdən çıxacaq. Baxın, cənab pezident, demək olar ki, hər gün müxtəlif, xüsusən də vergi, gömrük, kənd təsərrüfatı və s. sahələr üzrə hansısa məsələ ilə bağlı sərəncam, fərman və əmrlər verir. Məqsəd də odur ki, Azərbaycan yaranmış çətin vəziyyətdən çıxsın və xalqımız daha yaxşı dolansın, sosial və maddi rifahı yaxşılaşsın, rahat yaşasın. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, həm böhran olsun, həm də inkişaf getsin. Amma Azərbaycan yaranmış vəziyyətə baxmayaraq inkişaf edir. Düzdür, buna nail olmaq çox çətindir, lakin dövlət başçısının səyi və hökumətin gördüyü tədbirlər öz səmərəsini verir”.

R.Əliyev hesab edir ki, indi əsas məsələ, ilk növbədə, əhalinin yaxşı yaşamasını təmin etməkdir: "Biz də millət vəkili kimi bölgələrdə olmalı, seçicilərimizin problemlərini öyrənməli, həllini tapması üçün onları müəyyən qurumların qarşısında qaldırmalıyıq. Elə olur ki, hansısa məsələ həllini tez tapır, hansına görəsə bir az gözləmək lazımdır. Amma insanlar bilməlidirlər ki, həm deputatlar, həm icra orqanları, bələdiyyələr və digər strukturlar onlarla yaxından maraqlanır. Düzdür, bəzi problemlər hələ qalır, tam aradan qalxmayıb, amma inanıram ki, onların əksəriyyəti 2017-ci ildə öz həllini tapacaq və xalqımız yenə də firavan yaşayacaq. Bu çətin mərhələdə hamı bir-birinə kömək, dəstək olmalıdır, əks halda heç nəyə nail ola bilməyəcəyik. Çalışmalı, hamımız bir nöqtəyə vurmalı, Azərbaycanı yeni uğurlara doğru aparmalıyıq”.