Şəfəqə Doğru » Manşet » Qazax təhsilində təhlükəli xəstəliklərin yayılmasına şərait yaradılır.

Qazax təhsilində təhlükəli xəstəliklərin yayılmasına şərait yaradılır.

Qazax təhsilində təhlükəli xəstəliklərin yayılmasına şərait yaradılır.

       

 

 

      Redaksiyamıza bu gün daxil olan müraciətlərdən birində Qazax rayon ,,Quşcu Ayrım ‘’kənd sakini Məmmədov Şahmar Muxtar oğlu ,,açıq vərəm'' xəstəliyi ilə ,böyük miqdarda rüşvətlə Quşcu Ayrım kənd orta məktəbində katib vəzifəsinə işə qəbul olunub. Faktla əlaqədar, araşdırmalarımız nəticəsində məlumatın doğru olduğunun şahidi olduq. Hal-hazırda Məmmədov.Ş. 3-cü qrup əlilliyə görə 47 manat təqaüd alır. Rayon poliklinikasından isə sorğumuza,həqiqətən ,,açıq vərəm’’xəstəsi kimi qeydiyyatda olduğu barədə cavab gəldi.

      Sual yaranır bəs Təhsil şöbəsi işə adam qəbul edərkən,sağlamlıq arayışı tələb etmir?

     Sualla Təhsil şöbə müdiri Nizaməddin Babanlıya müraciət etdik.-Bütün sənədlərinin yerli-yerində olduğunu söylədi.Lakin ,yazıda göstərilənləri Nizaməddin müəllimə dedikdə ,adı çəkilən məktəbin direktorunu çağırıb həmin adamı işdən şıxarmasını tapşıracam deyə ,məni əmin etməyə çalışdı.Sən demə Məmmədov Şahmar sağlamlıq arayışı əvəzinə ,Qazax Diaqnostika mərkəzindən rentgendən keçdiyi və ,, ağciyərində heç,bir xəstəlik müşahidə olunmadığı barədə ’’bir nəticə yazılıb verilib ki,təhsil şöbəsində həmin kağız sağlamlıq arayışı kimi sənədlərin arasına tikilib,(əlimizdə surəti var)təqdim olunub,6 saylı Ərazi Maliyyə Hesablama mərkəzinin rəisi Emin Əliyevə.O işə,görünür məlumatlı mənbənin dediyinə görə, verilən rüşvətin müqabilində gözlərini yumub,razılıq verib. Çox maraqlıdır ki, ölkə prezidentinin rüşvətxorluğun kökünü kəsmək üçün, göstərdiyi bunca çabalar,verdiyi sərəncamlar,tapşırıqlar Emin Əliyev kimiləri heç maraqlandırmır.Yetər ki,cibini doldursun.

     Faktla əlaqədar, Emin Əliyevlə də görüşdüm və:-Emin müəllim siz təhsil şöbəsi tərəfindən işə qəbul olunan adamların sənədlərinə baxmırsınız sualını,-,,Xeyr Təhsil Şöbəsinin işə götürdüyü adamın cavabdehliyi özlərinə aiddir, ’’-deyə cavablandırdır.

Maraqlıdır.Emin müəllim ya öz işini bilmir, ya da,rüşvət onun bildiklərini unutdurur, və onun kimilərin ucbatından vətəndaşlarımızın çoxu sosial yardım belə ala bilmədiyi təqdirdə,diplomu əlində heç bir iş yeri olmadığı halda Ş.Məmmədov kimiləri saxta sənədlərlə özünə xəstəlik sənədləri düzəldərək ordudan yayınır və sonra da,asanlıqla,saxta sənədlə(sağlamlıq arayışı əvəzinə)rüşvət verərək,təhsil şöbəsində vəzifəyə qəbul olunur.

    Qarşı tərəfidə dinləyib dərc etməyə hazırıq.

                                                                                    Neymət Novruzlu.