Dövlət büdcəsindən milyonların sərf olunduğu bu proje özünü doğrultmayıb: yenə də ictimai nəqliyyatda xaos, özbaşınalıq, sürücülərin interval davası, avtobus qıtlığı, sərnişinlərin yenə də dayanacaqlarda gözləməsi, axşam saatlarında daha böyük anarxiya, monitorların işləməməsi hökm sürür.
Büdcədən pulların havaya sovrulması və NİİM proyektinin uğursuz alınması ölkə rəhbərliyinin nazirə olan hirsini artırıb. İddialara görə, bu layihəni də fiaskoya uğratması Ziya Məmmədovun karyerasının sonunu yaxınlaşdırıb.
Əvvəllər Bakıda tıxac olsa da, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yarandığı ilk vaxtlar küçələrdə quraşdırılan monitorlarda heç olmasa tıxaclı ərazilər göstərilirdi. Bu gün isə nə həmin monitorlar, nə də dayanacaqlarda quraşdırılan məlumat tabloları işləyir.
2011-ci ilin noyabr ayından intellektual idarəetmə sisteminin tətbiqinə başlanıb, sistem öncələr işləsə də, hazırda həmin sistem iflasa uğrayıb. Dayanacaqlarda quraşdırılan məlumat tabloları isə sökülməyə başlanıb.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə indi ayrılan məbləğin böyüklüyünə baxmayaraq, sistem tam yararsız vəziyyətdə işini davam etdirir. Bu sistemin düzgün işləməsi nəqliyyatda hər şeyin qüsursuz olması demək idi.
Məlumata görə, prezident İlham Əliyevin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən gözləntiləri olub. Lakin Ziya Məmmədov bu layihəni də batırıb.
Fakt ondan ibarətdir ki, İntellektual korrupsiya nəticəsində bu sistem tamamilə başını itirib və əhaliyə xidmət göstərmir.
Yeni intellektual sistem haqda bizim öyrəndiklərimiz isə bunlardır: dayanacaqlarda quraşdırılan 6 milyonluq monitorlar, «Baykanur» kosmik sistemini geridə qoyan idarəetmə mərkəzi, 77 milyon manatlıq büdcə və yenə də nazirliyin bir çox layihələrini gerçəkləşdirmiş «ZQAN» Holdinqlə əməkdaşlıq.
Kiyevdə intellektual idarəetmə sistemi təxminən 30 milyon manata başa gəldiyi halda, Bakıda bu sistemə niyə 77 milyon manat xərclənir?
O dövrdə dövlətin pulları daşa-divara hörülürdü, səpələnirdi və bugün neftin qiymətinin belə olacağını fikirləşmirdilər. Pul da gedib, layihə də batıb. İtirən dövlət və xalq olub.
Shafaqadogru.com regionxeberləri.com-a istinadən bildirir.