Dünən Ağdam sakinləri aksiya keçirib. Shafaqadogru.com DİA.AZ -a istinadən bildirir ki, amma nədənsə bu aksiya "ağdamlıların sosial tələbi" başlığı ilə təqdim olunub və hətta "yutub" kanalına belə bu başlıqla yerləşdirilib.
Lakin videonu izlədikdə aşkar şəkildə görünür ki, etiraz edənlərin bir şüarı var: "QARABAĞ!" Bu isə o deməkdir ki, əslində narazı sakinlər Qarabağ probleminin həlli ilə bağlı narahatçılıqlarını ifadə edirmiş kimi görünürlər. Bu da anlaşılandır. Çünki son günlər cəbhə xəttində vəziyyət gərginləşib və hazırda bir əsgərimizin nəşi düşmən əlindədir ki, erməni tərəfi öz çirkin xislətinə uyğun davranaraq hətta meyitdən belə qisas almağa çalışdığını bir daha ortaya qoyur. Bunun isə təkcə ağdaçlılarda yox, bütün ölkə vətəndaşlarında, həmçinin dövlət rəhbərliyində ciddi narahatçılıq yaratdığı şəkksizdir.
Dia.az olaraq həmin videonu təqdim edirik: