Trampın bu planı şirkətin son addımları ilə əlaqəlidir
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə "Coca-Cola” şirkətinin rəhbərliyi ilə görüşərək, onlardan Latın Amerikasında, xüsusi ilə də Ukraynada istehsalatı tam dayandırmağı və ya azaltmağı tələb edəcək.
İstiPress xəbər verir ki, Trampın bu planı "Coca-Cola”-nın son addımları ilə əlaqəlidir. Belə ki, şirkət D.Trampın miqrasiya siyasətinə qarşı kampaniyaya qoşulub, Latın Amerikasından gələnlərə #OrgullosoDeSer dəstək aksiyası təşkil edib və müvafiq klip çəkdirib.
Qeyd edək ki, Donald Tramp prezident səlahiyyətlərinin icrasına başlayan kimi Meksika ilə sərhəddə divarın ucaldılmasına dair sərəncam imzalayıb.