Şəfəqə Doğru » Manşet » Tovuzda daha bir intihar

Tovuzda daha bir intihar

Tovuzda daha bir intihar
Tovuz rayonunda intihar hadisəsi baş verib.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə fevralın 6-sı axşam saat 22 radələrində Qəribli kəndində baş verib. Kənd sakini Tahirov İsa İkram oğlu özünü yaşadığı evin həyətində asıb.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, fevralın 5-də də Tovuz rayonunda intihar hadisəsi olmuşdu. Rayonun Düz Qırıqlı kənd sakini, 2000-ci il təvəllüdlü Qəmbərova Aliyə Habil qızı ozünü yaşadığı evdə asmışdı.