Şəfəqə Doğru » Manşet » QAZAXDA ƏLİLLƏR HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIR.

QAZAXDA ƏLİLLƏR HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIR.

QAZAXDA ƏLİLLƏR HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIR.

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun gəlişi saxta əlillik dərəcəsi alanlara da son qoydu. Həm də təkrar əlilliyin 5 ildən bir keçirilməsi yerlərdə rüşvətə son qoydu. Artıq ölkədə əlilliyin təyin edilməsinin şəffaflığına inanmaq olar.

 Adından da göründüyü kimi, əgər vətəndaş əlildirsə, demək xəstədir. Dövlət onun xəstəliyinə görə də pensiya təyin edib. Bu gənc yaşalrında əlillik dərəcəsi alnlara da aiddir. Ona görə belə deyirik ki, bəlkə bu məsələdən  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi, polkovnik – leytenant Vüqar Mirzəyevin də xəbəri oldu. Onun Qazax rayon Xanlıqlar kənd sakini, 1995-ci il təvəllüdlü, 12 yaşından, yəni 2009-cu ildən əlillik dərəcəsi olan Məmmədov Məhər İsə oğlunun başına gətirdiyi oyunlar heç cürə bağışlanası deyil. Məhər Məmmədov əlilliyi ilə bağlı yeni qaydalara uyğun olaraq 2016-cı ilin may ayında təkrar əlilliyi üçün 27 saylı Tibbi – Sosial Ekspert Komissiyasına müraciət etmiş, nəticədə onun əlillik dərəcəsi 2021-ci ilə qədər uzadılmışdır. Həkim ekspert komissiyasının rəyini belə hesaba almayan polkovnik-leytenat Vüqar Mirzəyev  III qrup əlil Məhər Məmmədovu zorla hərbi xidmətə aprmaq üçün qarşısına məqsəd qoyub. Bunun üçün o, demək olar ki, Bakıda elə diaqnostik mərkəz qalmayıb ki, Məhər Məmmədovu müayinədən keçirməmiş olsun. Xəstə bəlkə də 3 ay ərzində 15 dəfə rentgen apratından keçib. Bunun özü də xəstənin məhvi deməkdir. Artıq xəstə kifayət qədər şüalanıb.

  Diaqnostik mərkəzlər 27 saylı TSEK-nın Məhər Məmmədov haqqında verilən rəyi təsdiqlənsə də, respublika klinik xəstəxananın urologiya şöbəsinin yarıtmaz həkimləri 27.X.2016-cı ildə sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında verdiyi diaqnoz Vüqar Mirzəyevin marağını qismən təmin etmişdir. Həmin tutacaqdan səmərəli istifadə etməyin mahir ustası olan rəis, xəstə Məhər Məmmədovun aldığı pensiyanın dayandırılması üçün Qazax Sosial Müdafiə Fonduna rəsmi müraciət edir. Müraciətdən qorxuya düşən müdir Laçın Qurbanov naziri Səlim Müslümovu unudaraq, rəis Vüqar Mirzəyevin məktubunu əsas götürür. Beləliklə, III qrup xəstənin pensiyası 2016-cı ilin noyabr ayında dayandırılır. Həmin gündən Məhər Məmmədovun valideynləri bəlkə də 12-13 dəfə komissara müraciət ediblər ki, "vətənin xidməti hamı üçündür. Onda siz övladımızı müalicə etdirin, sonra hərbi xidmətə yollayın”. İşini "maddi maraqlar” üzərində qurmuş komissar isə valideynlərin dediklərinə belə məhəl qoymayaraq xəstəyə çağırış vəsiqəsi də yollayıb. Yaxşı, komissar bilər, Allahı bilər.

 Məsələ nədədi? Əvvəla komissar Vüqar Mirzəyev də yaxşı bilir ki, hərbi xidmətə sağlam gənclər aprılır. Əgər bu gün III qrup əlil Məhər Məmmədov kimiləri hansı marağasa xəstə olduğu halda hərbi xidmətə aparılırsa, demək bu işin özündə də təxribat var. Sabahısı həmin xəstə gənc posta göndərilərsə, birdən halı dəyişəndə vəhşi ermənilər bu imkandan istifadə edə bilər, ya yox? Onda bu işə Vüqar Mirzəyev cabvab verə biləcəkmi?

 Araşdırmalar göstərir ki, Vüqar Mirzəyev komissarlıqda keçirilən həkim müayinəsinə də inanmır. Komissiaynın üzvləri olan həkimlərin dediyinə görə, o həkimlərə imkan vermir ki, fatiki xəstə olanlara xəstə yazılsın. Belə çıxır ki, Vüqar Mirzəyevin marağı dövlətin xeyirinə deyil, öz xeyirinədir. Yəni Qazaxda sağlam gənclər dura-dura xəstələrin hərbi xidmətə çağırışı birbaşa vəzifədən sui istifadə, maddi maraq və hegamonluqdur. Əgər Məhər Məmmədovun valideynlərinin yerinə komissar Vüqar Mirzəyev olsaydı, görəsən hansı addımı atardı?

 Mövzunu diqqətdə saxlayacağıq.

 Qarşı tərəfin də fikrini dinləməyə hazırıq.

                                                                                         Vəkil Rüstəm

                                                                                                İlham Hacalı