Şəfəqə Doğru » Manşet » Atalarımızı qınayıram- Barı, biz onlar kimi olmayaq! - Qənirə Ataşova şəhidlərdən yazdı

Atalarımızı qınayıram- Barı, biz onlar kimi olmayaq! - Qənirə Ataşova şəhidlərdən yazdı

Atalarımızı qınayıram- Barı, biz onlar kimi olmayaq! - Qənirə Ataşova şəhidlərdən yazdı

Cəbhədən hər dəfə şəhid xəbəri gələndə ürəyimə sanki ox sancılır.

Bir necə ildən sonra biz də əsgər yola salacağıq. Görəsən, o zamanadək müharibə bitəcəkmi?  Suala cavab yoxdur.

Müharibə başlayanda 10 yaşında idim. İndi böyük oğulum 12 yaşındadır. Muharibənin ilk illərindən eşitdiyimiz  "gələn il bu vaxtı o torpaqlara qayidacağıq” sözləri isə sadəcə, söz olaraq qalır.

Əksinə, haqqımız olan torpaqlara qayıtmırıq və şəhidlər veririk. Bu gün izlədiyim kadr isə yaddaşımın silinməyən güşəsinə yazıldı. Ana qollarını acaraq darvazadan həyətə daxil olan şəhid oğlunun tabutunu qarşılayır. Canından bir parca olan balasının tabutuna kişi kimi ciyin verir…

ordubad-tural-sehid

Övladı asanlıqla böyütmürük. Tərbiyə və təhsilini mükəmməl etmək ücün min əziyyətə qatlanırıq.

Cünkü o bizim arzumuz və sabahımızdır. Cəbhədən gələn şəhid xəbəri isə sabaha ümidi azaldır.

Bu, bir gün bizim qapımızı da döyə biləcəyinin ismarıcdır!

Uşaqlar yatandan sonra üstlərini örtəndə onlara doya-doya baxıb, beyinimdən bunları kecirirəm: əgər aktiv müharibə olsa, hansı oğulumun şəhid olmasına razı olaram?

Düşünürəm, Fərhad boyukdur və ağıllıdır. O, gedər. Ürəyim sıxılır və əksini düşünürəm.

Ceyhun balaca olsa da, cox cəsarətlidir və cevikdir. O, gedər düşünürəm…

Ana ürəyim dözmür. Özüm gedəcəyimə qərar verirəm.

shehid-tural-hashimli-defn

İnsan hər dərdə dözür. Əgər biz də şəhid anası olsaq, dözəcəyik…Bütün şəhid anaları kimi!

İnsan bir şeyə dözmür: gənclərin yarımcıq qalan arzularına. Sevmək, yaşamaq, səyahət etmək və doya- doya yaşamaq onların da haqqıdır.

İstəmirəm övladlarımız bitməyən müharibənin qurbanı olsunlar. İstəmirəm!!!

Vətənimi, torpağımı cox sevirəm. Amma bu muharibə oğullarımızın qanına susayıb. Əgər bu müharibə ovladlarımda bitərsə, mən də bir oğulumu şəhid verməyə hazıram. Yetər ki, nəvələrimizə qalmasın!

Atalarımızı qınayıram. Cünki onlar nəvələrinə müharibəni miras qoydular. Barı, biz onlar kimi olmayaq!

sheki-shehid-defn-28022017-10

Bir də şəhid xəbəri gələndə hər dəfə özümə söz verirəm: uşaqları bu qədər ağır dərs yükündən azad edəcəm, qoy coxlu əylənsinlər… Sabahlarında müharibə var.

Şəhidlik ən yüksək zirvədir. Elə bir yüksək zirvədir ki, ora hər kəs ucala bilmir.

Bu yeganə yüksək mərtəbədir ki, ora yalnız və yalnız kasıbın balası yüksələ bilər!

Yeri gəlmişkən, müharibənin ilk başladığı illərdə ordudan minbir bəhanə ilə yayınanlar, əsgər getməyənlər, qardaşları və oğulları əsgər olmaqdan yayınanlar – "oğul torpaq üçün ölməyə yaranıb” yazmayın!!!

16998864_692156100957051_5747130367471234892_n (1)