Amansız qətl hadisəsi Bursada baş verib.
Shaqafaqadogru.com xəbər verir ki, 3 ay əvvəl qaçırdığı qızla ailə quran Mehmet A. qısqanclıq zəminində həyat yoldaşı Deniz A.-nı qətlə yetirib. Cütlük arasında parkda başlayan mübahisə sonradan davaya çevrilib. Üstündə gəzdirdiyi bıçağı sevgilisinin ürəyinə sancan Mehmet hadisə yerindən qaçıb.
Deniz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qısqanc ər sonradan polisə təslim olub.