Şəfəqə Doğru » Manşet » Deputat Gəncədəki biabırçılıqdan danışdı

Deputat Gəncədəki biabırçılıqdan danışdı

Deputat Gəncədəki biabırçılıqdan danışdı

"Gəncədə əmi ilə qardaşı qızınının nikahını kəsən din xadimi cəzalandırılmalıdır”. 

 
Shafaqadogru.com xəbər verir ki, bunu deputat Qənirə Paşayeva Gəncədə baş verən biabırçı hadisəyə münasibət bildirərkən deyib.
 
Qənirə Paşayeva bu hadisənin çox dəhşətli bir şey olduğunu bildirib: "Gəncədə bir "insan”ın öz qardaşı qızını qaçırması, birlikdə yaşaması və dini nigaha daxil olması ilə bağlı yayılmış xəbərləri bir az öncə dəhşət içərisində oxudum. Hələ də ola bilməz, yəqin yanlış məlumat yayılıb deyərək belə bir şeyin baş vermədiyinə inanmaq istəyirəm. Çünki bu çox dəhşətli bir şeydir və onların hər ikisinin psixoloji vəziyyətlərinin normal olmadığını düşünürəm. Normal adam belə bir şeyi nəinki etməz, hətta etməyi belə düşünə bilməz. Yayılan məlumatlarda məni dəhşətə gətirən bir məsələ də qardaşı qızı ilə əminin dini nikaha girməsi oldu”.
 
Deputat qeyd edib ki, bu məsələ ciddi şəkildə araşdırılmalı və əgər məlumatlar doğrudursa buna yol verən din xadimi dəhşətli bir addım atdığının məsuliyyətini daşımalıdır: "Cəmiyyətdə əxlaqi və psixoloji deqradasiyaya uğrayan insanların artması ciddi narahatlıq doğurmalıdır. Nə etməli? İndi bu vacib sual ətrafında psixoloqlar, mütəxəssislər fikirlərini bölüşməlidir. Həmçinin bu cür dəhşətli hadisələrin artmaması və cəmiyyət olaraq birlikdə çalışmalıyıq”.