Gəncə Dövlət Universitetində Saxta diplom…
GDU-i kimi nüfuzlu bir təhsil ocağında saxta diplomla işləmək yəqin ki, heç kəsə inandırıcı gəlməz. Ancaq təəssüflər olsun ki, Gürcüstan Dövlət Universitetinin Marnauli filialının diplomunu saxta yolla əldə edərək, GDU-da texniki işçi kimi işləməyi az imiş kimi hələ əvəzçiliklə dərs deyən bir müəllimənin olması bizdə təəccüb doğurdu. Bu məsələnin ətrafında geniş jurnalist araşdırması apararkən daha da müəmmalı faktlar ortaya çıxdı. Çavçavadze adına Gürcüstan Dövlət Universitetinin diplomuna hansı yollarla Təhsil Nazirliyindən şəhadətnamə əldə edilib. Bu qədər neqativliyə və ən azından cinayət faktlarına Rektor Yusif Yusubovun göz yummasının maraqları nədir? Həmin şəxsin saxta diplom ilə fəaliyətinin arxasında nələrin durduğu barədə də geniş araşdırmalar aparılır. Çox maraqlıdır ki, bir vaxtlar GDU barəsində mətbuata inanılmaz faktlar sızdıran Qumru Fərhadovanın özünün təhsil bazasının bu qədər çirkab içində olması inanılası deyil. Həmişə medianın gündəminə məhəbbət məcaralarından yaranmış problemlərlə çıxan Yusif Yusubovun bu olanlara göz yummasının arxasında da deyəsən elə ....... nə isə.
Məsələnin o tərəfi biraz həssas olduğundan toxunmuruq. Məhşur kinolarımızdan biri olan "O olmasın bu olsun" filmindən bir səhnəni xatırlamaq yerinə düşərdi. "Darvin təkamülünü isbat etmək üçün heç də Afrikadakı meymunlara baxmağa ehtiyac yoxdur”. Yəqin ki, düşünürsünüz ki, bu sitatın mövzuyla nə dəxli? Deyirik ki, yəni Qumru Fərhadovanın Diplomunu saxta olmasını sübut etmək üçün heç də Gürcustana Tiflisə getməyə ehtiyac yoxdur. Elə Qumru xanımın Gürcü dilində olan Diplomunu özünə oxutdurmaq və ya dekanının, müəllimlərinin bir neçəsini soruşmaq kifayətdir.
XEBERFAKT.AZ: Redaksiyamızın Hüquqşünası artıq Gürcustanın Tiblisi şəhərinə ezam olunub. Yazılı sorğularımızı Gürcustan Dövlət Universitetinə təqdim edib rəsmi cavab aldıqdan sonra əlimizdə olan digər faktlarla birgə Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarızə İdarəsinə müraciət olunacaq.
Yazıda adı çəkilən hər kəsin fikrini və təqdim edəcəyi faktları dərc etməyə hazırıq.
Shafaqadogru.com XEBERFAKT.AZ-a istinadən bildirir.