Şəfəqə Doğru » Manşet » Ağstafada ADB-nin maliyyələşdirdiyi 4 körpünün tikintisi bitmək üzrədir - VİDEO

Ağstafada ADB-nin maliyyələşdirdiyi 4 körpünün tikintisi bitmək üzrədir - VİDEO

Ağstafada ADB-nin maliyyələşdirdiyi 4 körpünün tikintisi bitmək üzrədir - VİDEO

Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı (ADB) arasında bağlanmış sazişə əsasən Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir. 

Bu barədə Azəravtoyol" ASC-dən bildirilib. 

Məlumatda deyilir ki, vətəndaşların rahat və təhlükəsiz gediş gəlişini təmin etmək məqsədi ilə Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunda usı 1 körpünün inşası son mərhələdədir. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.

"Sözügedən körpülər istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idilər. Dəmir yolu və Acıdərəçay üzərində yerləşən körpülər ötən əsrin 60-cı illərində, Ağstafaçay üzərindəki körpü 70-ci illərdə, Kür çayı üzərində yerləşən körpü isə 120 il bundan öncə, yəni 1897-ci ildə inşa edilib. Layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb. Ağstafa-Poylu-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun 2-ci km-də inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 m, yolun 17-ci km-də Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 m və 29,5 km-də Acıdərəçay üzərində inşa edilən körpünün uzunluğu isə 64 m-dir. Ağstafa-Poylu-Düzqışlaq- Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 m-dir. Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil edir", - deyə məlumatda qeyd edilib.

Məlumatda o da bildirilir ki, hər bir körpünün bünövrəsinin, dayaqlarının və aşırım hissəsinin tikintisi işləri tam olaraq yekunlaşıb. Hazırda körpülərin yanaşma yollarının və dəmir-beton özül dayaqlarının (döşəməsinin) asfaltlanması işləri aparılır. Layihəyə uyğun olaraq körpülərə yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1 250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2,5 metr təşkil edir. Fiziki işlərin 85%-i görülüb. Körpülərin bu il vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.

Video Player
 
00:00
03:15