"Ermənistan və Azərbaycan arasında müharibə ehtimalı böyükdür. Dağlıq Qarabağda vəziyyət kəskinləşəcəksə, bu, ötənilki kimi lokal olmayacaq və dövlətlərarası müharibəyə çevriləcək”.
Shafaqadogru.com xəbər verir ki, bu ehtimalla gürcü ekspert Vaxtanq Maisaya Gürcüstanın "Rezonans” nəşrinə müsahibəsində çıxış edib.
Onun sözlərinə görə, müharibənin baş verməsində Ermənistan maraqlıdır: "Ermənistanı Moskva və İrəvan arasında imzalanmış hərbi müqavilələr motivasiya edir”.
Lakin ekspertə görə, müharibədə ən böyük marağı olan Rusiyadır.
"Rusiya Cənubi Qafqazda öz döyüş hazırlığılnı gücəndirməyə cəhd edir. Təsadüfi deyil ki, abxaz dəmir yolu məsələsi gizli danışıqlar səviyyəsində davam edir. Abxaz dəmir yolunun bərpası Rusiyaya hərbi yüklərin daşınması üçün lazımdır. Rusiya Tsxinvalidə, Abxaziyada, eləcə də Ermənistanda hərbi kontingentini gücləndirir. Qafqaz Rusiyaya sonrakı genişlənmə üçün müharibə meydanı kimi lazımdır”.