"Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan ordusunun uğurlu əməliyyatlarından sonra tələm -tələsik kompromis çağırışı edib. Sənin kompromisin bizə lazım deyil, torpaqları boşalt”.
Bunu spiker Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında Qarabağla bağlı müzakirələr zamanı səsləndirib. Onun sözlərinə görə, hazırda təmas xəttində savaş gedir: "Şuşa şəhəri boşalır. Üzü Ağdərədən Şuşaya kimi hamı qaçır. Sosial şəbəkələrdə də gördük ki, 70-80 yaşlı adamlar orduya çağırılır. Bu onu göstərir ki, Ermənistanda gənclər qalmayıb, hamı qaçıb gedib. Amma ermənilər dayanmır. Yenidən azad etdiyimiz həmin əraziləri işğal etmək istəyirlər”.
***
Spiker eyni zamanda vurğulayıb ki, beynəlxalq təşkilatlarla danışıq aparanda onlara Azərbaycanın xəritəsini göstərmək lazımdır: "Çoxları Dağlıq Qarabağın və təmas xəttinin harada olduğunu bilmir. Ötən gün Amerikanın Nevada Ştat Assambleyasının sədri Con Həmbriki qəbul etdim. O döyüşlərin hansı nöqtədə getdiyini bilmədi. Mən xəritə vasitəsilə bildirdim ki, bu Dağlıq Qarabağdır, bu yeddi işğal olunmuş rayondur və təmas xəttidir. O bundan heyrətə gəldi. Ona görə də beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimiz görüşlər zamanı xəritə vasitəsilə yerləri onlara dəqiq göstərməlidir”.