Şəfəqə Doğru » Manşet » Qənirə Paşayeva TürkBirDev qurultayında Zəhradan danışıb və Türk dünyasına çağırış edib VİDEO

Qənirə Paşayeva TürkBirDev qurultayında Zəhradan danışıb və Türk dünyasına çağırış edib VİDEO

Qənirə Paşayeva TürkBirDev qurultayında Zəhradan danışıb və Türk dünyasına çağırış edib VİDEO
Millət vəkili Q.Paşayeva İstanbulda Türk dünyasının hər tərəfindən gəlmiş ziyalıların, millət vəkillərinin, QHT və KİV rəhbərlərinin iştirakı ilə keçirilıən TürkBirDev qurultayında çıxış edərək işğalçı Ermənistan silahlı qüvvələrinin vəhşicəsinə qətlə yetirdiyi balaca Zəhra və Ermənistan rəhbərliyinin törətdiyi cinayətlərdən danışıb. Türk dünyasının böyük liderlərindən Qazi Mustafa Kamal Atatürk deyərdi ki Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir və bu gün bizim hamımızın Zəhra adlı acımız var deyən və əlində balaca Zəhranın fotosu ilə səhnəyə çıxan millət vəkili Q. Paşayeva bildirib öz kəndində qətlə yetirilən Zəhra ilə bərabər onun nənəsi də qətlə yetirilib və körpə uşaqları qətlə yetirən cinayətkar Ermənistan rəhbərliyi bunun hesabını verməlidir və mütləq verəcək. Millət vəkili Q. Paşayeva bildirib ki, Azərbaycan xalqı işğalçı Ermənistanın törətdiyi bu böyük cinayətlərə bütün Türk dünyasının etiraz səsini yüksəltməsini və işğalçı Ermənistanın törətdiyi bu cinayətlərin dunyaya daha geniş duyurulmasında daha fəal olmasını göləyir və buna çağırır. Qurultayın keçirildiyi salonda Türkiyədə yaşayan azərbaycanlılar və fəaliyyət göstərən təşkilatlar tərəfindən Zəhranın rəsmlərinin qaldırıldığını xüsusi vurğulayan Qənirə Paşayeva bu gün hamımız birlikdə biz Zəhrayıq deməliyik deyib: ”Balaca Zəhranın çığlıqlarına dünya yetərli qədər cavab verməyib. Biz bütün dünyaya səslənərək deməliyik ki fərqi yoxdur biz harada doğulmuşuq, harada yaşayırıq, Azərbaycan, Türkmənistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Türkü olmamızdan asılı olmayaraq biz hamımız bu gün Zəhranın ailəsinin yanındayıq. Çünki o bizim hamımızın balasıdır. Biz bütün Türk milləti olaraq birlikdə o işğalçı zehniyyətə buradan səslənərək bunu hesabını verəcəksiniz, soracağıq deməliyik. Zəhranın acımazısca qətlə yetirilməsinin fotolarıdır bunları. Bunun cavabınnı verəcək o işğalçı Ermənistan. Buradan o işğalçı zenhiyyətə səslənirik. İşğal etdiyiniz torpaqlarımızı, Türk yurdlarını geri alacağıq və Zəhraların günahsız axan qanlarının hesabını verəcəksiniz.
Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş bir sıra rəsmi şəxsləri, ziyalıları, QHT və KİV rəhbərləri, tanınmış şair, yazar, aydınların, ictimai fəalların qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva Türk dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq deyərək sözlərinə başlayıb və Türk dünyası aydınlarına, şair, yazar, QHT və KİV-lərinə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin, digər Türk dövlət və toplumlarının yanında olduğunu xüsusi vurğulayıb. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Q. Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən də danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, aydınlar, şair, yazar və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb: "İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyib. Tədbir çərçivəsində TürkBirDev rəhbəri tərəfindən millət vəkili Q.Paşayeva qurultayda iştirakına və Türk dünyasına xidmətlərindən dolayı təşəkkür plaketi təqdim olunub.

Çıxışın videosunu buradan izləyə bilərsiniz. 

Qənirə Paşayeva TürkBirDev qurultayında Zəhradan danışıb və Türk dünyasına çağırış edib VİDEO
Qənirə Paşayeva TürkBirDev qurultayında Zəhradan danışıb və Türk dünyasına çağırış edib VİDEO
Qənirə Paşayeva TürkBirDev qurultayında Zəhradan danışıb və Türk dünyasına çağırış edib VİDEO
Qənirə Paşayeva TürkBirDev qurultayında Zəhradan danışıb və Türk dünyasına çağırış edib VİDEO
Qənirə Paşayeva TürkBirDev qurultayında Zəhradan danışıb və Türk dünyasına çağırış edib VİDEO