Ağstafa rayon Dağkəsəmən kəndi ərazisində vətəndaşlara məxsus 5 fərdi yaşayış evi yanır.
Yanğınsöndürənlər hadisə yerinə cəlb olunublar.
Yanan evlər Əmirov Natiq, İsmayılov Xıdır, Elşad Hüseynov, Elsəvər Məmmədov, Qədməliyev İdrisə məxsusdur. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.