Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vuruldu. Turnirdəki təmsilçimiz "Qarabağ” "Kopenhagen” ilə qarşılaşıb. Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. Çempionumuz qol vuracağı halda, istənilən minimal hesablı məğlubiyyət də mərhələ adlamağa imkan verirdi.
"Kopenhagen” (Danimarka) – "Qarabağ” (Azərbaycan)
Baş hakim: Alberto Undiano Malyenko
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilla
Kopenhagen. "Parken” stadionu
***
İlk hissənin sonuncu dəqiqəsində "Kopenhagen” futbol klubu hesabı açıb: 1-0
Oyunun ilk hissəsinə 2 dəqiqə vaxt əlavə olunsa da, başqa qol vurulmayıb və komandalar fasiləyə yollanıblar.
Qeyd edək ki, Bakıda keçirirlən ilk oyun "Qarabağ”ın 1-0 üstünlüyü ilə bitmişdi. Bununla da ümumi hesab bərabərləşmiş oldu.
***
"Qarabağ” klubu oyunun ikinci hissəsində, 64-cü dəqiqədə Dinonun qolu ilə hesabı bərabərləşdirir. Bundan cəmi 2 dəqiqə sonra, 66-cı dəqiqədə "Kopenhagen” klubu oyunda ikinci qolunu vurub: 2:1.
Bununlada "Qarabağ” növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşdü.