Şəfəqə Doğru » Manşet » Göyçayda bir ailə intihara hazırlaşır-ŞİKAYƏT

Göyçayda bir ailə intihara hazırlaşır-ŞİKAYƏT

Göyçayda bir ailə intihara hazırlaşır-ŞİKAYƏT
Feyzullayevlər ailəsi aprelin 10-da 16 saylı Reyster Xidmətinin binası önündə həyatlarına qəsd edəcəklər

Göyçay rayonu Cəyirli kənd sakinləri olan Feyzullayevlər ailəsi kütləvi şəkildə intihar etməyə hazırlaşırlar. Bu barədə JAM.AZ-a sözügedən şəxslərin özü məlumat verib. 

Onlar bildiriblər ki, torpaqları əllərindən alınıb. Buna səbəb isə imkanlı şəxslərdən birinin Göyçay rayon Məhkəməsində iddia qaldıraraq, 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarova və mühəndis Şahəddin Tacəddinova küllü miqdarda rüşvət verməklə saxta rəy çıxarmalarıdır. "Belə də oldu. 16 saylı Dövlət Reyestr xidməti məhkəmənin sorğusuna əsasən saxta rəy verib ki, guya, biz imkanlı iddiaçının torpaq sahəsinin bir hissəsini zəbt etmişik. Artıq rəy verilib və məhkəmə 10 aprel 2016-cı il tarixdə saxta rəyə əsasən saxta qətnamə çıxaracaq. Buna görə də bizim ailə qərara almışıq ki, həmin günü məhkəmənin saxta qərarından sonra 16 saylı Dövlət Reyestr xidmətinin binası qarşısında intihar edək”.

JAM.AZ-a verilən məlumatda deyilir ki, torpaq islahatları zamanı onlara verilmiş pay torpaqları artıq əllərindən alınıb. "Bu idarənin saxtakar korrupsiyaya qurşanmış işçilərinin saxtakarlığına görə çoxlu sayda vətəndaşlar öz halal torpaqlarını itiriblər, əllərindən alınıb. Artıq intihar edəcəyimizi qərarlaşdırmışıq. Bunun isə məsuliyyəti bir başa Ədalət Cabbarovun, mühəndis Şahəddin Tacəddinovun, Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və digərlərinin üzərinə düşəcək”.

Xatırladaq ki, Feyzullayevlər ailəsi 11 nəfərdən ibarətdir.