Şəfəqə Doğru » Manşet » İrəvanda ölüm-dirim savaşı başladı: Kremlin reaksiyası…

İrəvanda ölüm-dirim savaşı başladı: Kremlin reaksiyası…

Ermənistanın son zamanlar Qərbə son reveransları və Avropa Birliyinin assosiativ üzvü olmaq istiqamətində atdığı addımlar fonunda bu ölkənin Avrasiya İqtisadi Birliyindən çıxacağı, artıq Ermənistanda Serj Sərkisyanın baş nazirliyinə qarşı növbəti etiraz kampaniyasının başlaması, nəhayət, bütün bunların 2018-ci ilin aprelində keçiriləcək parlament seçkilərindən öncə baş verməsi ilə bağlı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin Axar.az-a müsahibəsini təqdim edirik.

- Qabil müəllim, "Erkir Sirani” partiyasının lideri Zarui Postancyan Ermənistanda seçki öncəsi mübarizənin ölkənin bütün iri şəhərlərini əhatə edəcəyini bildirib. Bu parlament seçkilərində Ermənistanı nələr gözləyir?

- Bu seçkilərdə Ermənistanda ölüm-dirim savaşı başlayacaq. Çünki Qarabağ klanının hakimiyyətdən uzaqlaşdırılması hazırda Ermənistan ermənilərinin bir nömrəli vəzifəsidir. Həm müxalifətin, həm də Ermənistandan olan müxalifət mənsublarının baxışları üst-üstə düşür. Onlar açıq şəkildə bildirirlər, bir ovuc Qarabağ ermənisi burada həm siyasi, həm də iqtisadi hakimiyyətə yiyələnib, yerli ermənilərin hüquqlarını qəsb edərək erməni cəmiyyətini parçalayıb. Bu səbəbdən də onlar Qarabağ klanının ölkədəki hökmranlığına son qoymaqda qərarlıdırlar. Hətta bu məsələdə Kreml də onlara dəstək verir. Çünki Kreml yaxşı başa düşür ki, Köçəryan, daha sonra isə Sərkisyan hakimiyyətinin Dağlıq Qarabağdan olması yerli erməniləri bezdirib və ölkədə antirusiya əhval-ruhiyyəsi var. Avrasiya İttifaqından çıxmaq, Avropa Birliyinin assosiativ üzvü olmaq kimi qəribə inteqrasiya xarakterli layihələr də bu zəmində boy atıb çoxalır və bir növ Moskvaya xəbərdarlıq xarakteri daşıyır.

- Ermənistanda baş verən son hadisələrin 2018-ci ilin aprelində keçiriləcək parlament seçkilərindən öncəyə təsadüf etməsi ilə bağlı nə deyə bilərsiniz?

- Ermənistanda siyasi hakimiyyətin taleyi birbaşa Kremldə həll olunur. Rusiya hazırda müəyyən siyasi manevrlərə əl atmaq niyyətindədir. Kreml məhz bu məqsədlə Baş nazir Karen Karapetyana kifayət qədər dəstək verir. Karapetyanın bir sıra manevrləri, Qarabağa gəlməsi, Sərkisyanın vəzifədən uzaqlaşdırdığı kadrları yenidən vəzifəyə təyin etməsi prezidentlə baş nazir arasında ciddi rəqabətdən xəbər verir. Karapetyan həddindən artıq ürəkli hərəkət edir, çünki arxasında Moskvanın dəstəyini hiss edir və bunu açıq şəkildə Ermənistan cəmiyyətinə deməkdən çəkinmir. Aciz qalan Sərkisyan isə başa düşür ki, Moskvanın planı onun siyasi həyatına son verməkdir. Çünki bu, erməni cəmiyyətində Rusiyaya olan siyasi rəğbəti artırardı. Buna görə də Sərkisyan antirusiya xarakterli manevrlərə əl ataraq Kremli qıcıqlandırmaq istəyir. Hər halda Ermənistanı öz quberniyası kimi idarə edən Rusiya İrəvandakı siyasi qüvvələr nisbətini gözəl bilir. Bu səbəbdən seçkilərdə çox böyük rəqabətin olacağı şəksizdir. Ermənistandan olan siyasi partiyaların hamısı çəkici bir yerə vurmaq niyyətindədir. Bu seçkilərdə Sərkisyanın Respublikaçılar Partiyasının saxtalaşdırmalarına imkan verilməyəcək. Çünki bütün bu proseslərin hamısına birbaşa Karapetyan başçılıq edir.

- Belə çıxır ki, Sərkisyan uduzacağını bilir və NATO təlimlərinə qatılmaqla Moskvadan təklif gözləyir...

- Zənnimcə, Sərkisyanın bu seçkilərdə qalib gəlmək şansı çox aşağıdır. Şəffaf seçkilər keçirilərsə, ola bilsin, Sərkisyanın Respublikaçılar Partiyası 5 faizlik baryeri keçə bilməsin və parlamentdən kənarda qalsın. Sərkisyanla bağlı bu taleyi Ermənistandakı siyasi qüvvələrin çoxu arzu edir və bu istiqamətdə işləyirlər. Rusiya seyrci mövqedə olsa da, əl altından Karapetyana güclü dəstək verir. Bütün bunlar onu göstərir ki, Ermənistanda bu parlement seçkiləri çox ziddiyyətli keçəcək və münaqişələr qaçılmaz olacaq. Əlində güclü kapitalı olan Sərkisyan və onun komandası seçici səsləri uğrunda müxtəlif gedişlərdən istifadə edəcəklər. Ancaq onların rəqibləri sakit dayanmayacaq və Sərkisyanın bütün addımlarını neytrallaşdırmağa çalışacaqlar. Yəqin ki, buna da nail olacaqlar və Sərkisyan həm öz təşəbbüsündə, həm də seçkidə çox ciddi məğlubiyyətə uğrayacaq. Zənnimcə, hətta o, siyasi həyatdan çəkilmək məcburiyyəti qarşısında qalacaq.

- Qabil müəllim, Ermənistanda siyasi idarəçilik sistemi dəyişdikdən sonra hakimiyyətə gələcək yeni qüvvələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Sərkisyana nisbətən daha praqmatik olacağını gözləmək mümkündür?

- Böyük ehtimalla, yeni qüvvələrin əhatə dairəsi çox geniş olacaq, başda Karapetyan olsa da, burada bir çox yeni simaları görəcəyik. Ermənistanda yeni bir dövr başlayacaq. İlluziyaya qapılaraq yeni siyasətin Dağlıq Qarabağ probleminin həllinə yeni obyektiv yanaşmalar gətirəcəyini söyləmək istəmirəm. Ancaq hər halda Sərksiyana nisbətən yeni qüvvələrin daha praqmatik olacağını söyləmək mümkündür. Bu seçkilərin bir nəticəsi də ondan ibarət olacaq ki, Ermənistan erməniləriylə Dağlıq Qarabağ erməniləri arasında, xüsusən hər iki bölgədən olan siyasilər arasında uçurum daha da böyüyəcək.