Ucar rayonu Alpout kənd sakini Məmmədov Məhəmməd Mirzəfər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif "Standard İnsurance" sığorta şirkətindən narazıdır:
"Bu şikayətimlə bildirirəm ki, "Standard İnsurance" sığorta şirkəti bizi aldadıb, pulumuzu düzgün vermək istəmir. Belə ki, 18 avqust 2017-ci il tarixdə təxminən saat 11-00 radələrində Ucar rayonunun Azərbaycan küçəsi ərazisində oğlum Elçinin idarə etdiyi 61 VS 207 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil Ucar rayonu Ramal kənd sakini İsmayılov Süleyman Allahverdi oğluna məxsus 03 BE 730 nömrəli VAZ-2107 markalı maşınla toqquşmuşdur. Avtoqəza nəticəsində təqsir Süleyman İsmayılovda olduğundan, onun avtomobilinin sığorta edən "Standard İnsurance" sığorta şirkəti oğlumun avtomobilinə dəymiş zərərin əvəzini ödəməlidir.
Hadisə baş verən zaman biz dərhal "Standard İnsurance" sığorta şirkətinə zəng edib məlumat verdik. Şirkətin Göyçay filialının nümayəndələri hadisə yerinə gəlib, oğlumun avtomobilinin şəkillərini çəkdilər. Ucar Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsindən avtoqəza barədə sənədi alıb söğorta şirkətinə təqdim etdik. Avtomobillərə Texniki Xidmət salonunda oğlumun avtomobilinə avtoqəza nəticəsində dəymiş zərərin məbləği hesablandı, 1735 manat etdiyi mütəxəssislər tərəfindən müəyyən olundu və buna dair rəsmi sənəd verildi. Həmin qanuni sənədi "Standard İnsurance" sığorta şirkətinə təqdim edib pulu ödəməlirini xahiş etdikdə, bizə 900 manat pul verə biləcəklərini qeyd etdilər. Ancaq oğlumun avtomobilinə dəymiş zərərin məbləğinin nə üçün 900 manat etməsini əsaslandra bilmirlər. Bizə ancaq onu deyirlər ki, biz dəymiş zərəri foto şəkillərlə hesablayırıq. Halbuki, fotoşəkillərlə avtomobilin qəza nəticəsində alt hisssədə yerləşən detallarına dəymiş zərəri müəyyən etmək qeyri-mümkündür. Bu isə "Standard İnsurance" sığorta şirkətinin özbaşınalığını, saxtakarlığını tam subut edir. Belə saxtakarlıqlarla "Standard İnsurance" sığorta şirkəti vətəndaşları aldadıb onların pulunu mənimsəyir. Biz kasıb bir ailəyik, indi avtomobilimizi düzəltdirə bilmirik. İnanıb pul ödəyib avtomobillərimizi sığorta edirik, məqamında isə belə özbaşınalıqlarla, saxtakarlıqlarla üzləşirik.
Mətbuat vasitəsi ilə isə müraciət edib vətəndaşlardan xahiş edirəm, saxtakarlıqla vətəndaşları aldadıb pullarını mənimsəyən "Standard İnsurance" sığorta Şirkətinə inanmayın... Onlar belə kələkbazlıq, saxtakarlıq yolu ilə vətəndaşların cibini soyurlar, diqqətli olun ki, bizim kimi aldanmayasınız.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının direktoruna müraciət edib xahiş edirəm, saxtakarlıq özbaşınalıq yolu ilə bizi aldadıb pulumuzu mənimsəmək istəyən "Standard İnsurance" sığorta şirkətinin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görəsiniz”.