Şəfəqə Doğru » Manşet » Bakı Nəqliyyat Agentliyi yalançı çıxdı: Minlərlə azarkeş yağış altında qaldı – VİDEO

Bakı Nəqliyyat Agentliyi yalançı çıxdı: Minlərlə azarkeş yağış altında qaldı – VİDEO

Bakı Nəqliyyat Agentliyi yalançı çıxdı: Minlərlə azarkeş yağış altında qaldı – VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Ağdamın "Qarabağ ” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk ev oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Bakı Olimpiya stadionunda İtaliyanın "Roma” klubuna 2:1 hesabı ilə uduzublar. Bu matç həmçinin Azərbaycan futbolu tarixinə ən çox izlənilən oyun kimi düşüb. Bakı Olimpiya stadionunda oyunu 67 min 500 azarkeş canlı izləyib.
Oyun günü Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də minik avtomobillərinin girişi tam olaraq məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyi azarkeşləri stadiona daşınmasını öz üzərinə götürüb. Lakin verdiyi vədə əməl etməyib. Qarşılaşmadan sonra minlərlə azarkeş yağışın altında metroya qədər piyada getməli olub. BNA-nın ayırdığı X2 Express xətti isə gözə dəyməyib.
Qeyd edək ki, belə bir hal Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı da baş vermişdi. Hadisə şahidlərinin məsələ ilə bağlı göndərdikləri görüntüləri təqdim edirik: