Füzuli icra başçısının oğlu müharibə günlərində polis olduğu halda Bakıda barda əyləndiyi üçün gənclər tərəfindən döyülüb
Füzuli rayonunda qəribə hadisələr baş verir. Shafaqadogru.com Politika.Az saytına istinadən xəbər verir ki, rayonun icra başçısı Alı Alıyev artıq bütün əndazələri aşaraq, özbaşınalıqları pik həddə çatdırıb. Həmin məlumatlara görə, sözügedən şəxs işi o həddə çatdırıb ki, hətta şəhidlərə və onların ailələrinə belə hörmət qoymur.
Sayt yazır ki, Alı Alıyev Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid düşmüş Elnur Əliyevin dəfnini düz iki saat gecikdirib. Qeyd edilir ki, icra başçısının müavinləri şəhidin evinin qapısını kəsdirərək, Alıyev gəlmədən cənazəni götürməyi qadağan ediblər. Bu da haqlı olaraq narazılığa səbəb olub.
Amma rayonda cərəyan edən proseslər bununla da yekunlaşmır. Yenə də həmin sayt yazır ki, bir müddət əvvəl Füzuli DYPB-nin rəisi Müşfiq Əmirovu döyən İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanovun bacısı oğlu bir neçə gün əvvəl həbs olunub. Rayon Prokurorluğunda qaldırılmış cinayət işi üzrə təqsirli bilinən həmin şəxsə ilkin olaraq 4 ay həbs hökmü çıxarılıb.
Lakin məlumatların ilginci bir başqasıdır. JAM.AZ Poltika.az-a istinadən xəbər verir ki, aprelin 1-dən etibarən cəbhədə başlayan hərbi əməliyyatlardan dolayı bütün cəbhəyanı rayonların hüquq mühafizə orqanları iş başında olublar. Fasiləsiz çalışan polis, prokuoro, DTX əməkdaşlarına rəğmən, Füzuli icra başçısının oğlu polis olduğu halda, iş yerinə belə gəlməyib. Bu yaxınlarda medal alan oğul Alıyevin cəbhədə müharibə getdiyi vaxtlarda Bakıda barlardan birində kef çəkdiyi öyrənilib. «Elə bu səbəbdəndir ki, fuzlili gənclər Alıyevin oğlunu barların birindən taparaq, yaxşıca döyüblər. Ona xəbərdarlıq ediblər ki, heç olmasa bu ağır məqamda belə hərəkətlər etməsin. Bu barədə məlumatı isə yerli polislərdən birindən əldə etmişik. Daha doğrusu isə başqa biriylə söhbətinə qulaq müsafiri olmuşuq. Həmin polis zabiti küçənin ortasında bar-bar bağırırdı ki, Alı Alıyevin oğluna niyə medal verilib? Füzulinin ağır vəziyyətində burada olub, torpağı qorumağa görə, yoxsa barda qızlara pul xərclədiyinə görə?»
Qarşı tərəfi də dinləməyə hazırıq.