Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev mediaya açıqlamasında bildirib ki, təxminən 2040-cı ilə kimi Xəzərin səviyyəsinin 3 metr qalxması proqnozlaşdırılır. Onun sözlərinə görə, hazırda Xəzər dünya səviyyəsindən 27.5 metr aşağıdadır.
Maraqlıdır, bu proqnozlar reallaşarsa, Bakının hansı əraziləri suyun altında qalacaq.
Ekoloq Telman Zeynalov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb:
"3 il öncə bu proqnozu vermişdim. Qız Qalası, İçəri Şəhərin bir hissəsi, İran və Rusiyayadək olan sahilyanı zonalar su altında qalacaq. Qurunt sularının qalxması ilə əlaqədar olaraq zirzəmiləri su basacaq. Təxminən 100 min hektar ərazi suyun altında qalacaq. Buzlaşma dövrü gedir, bu proses 100-300 il də davam edə bilər. Buzlaşma Günəşdən, yer oxundan, həmçinin digər məsələlərdən asılıdır”.
Nigar Məhərrəm