Şəfəqə Doğru » Manşet » Gömrük Komitəsindən yağla bağlı daha bir açıqlama - 5.2 dollardır

Gömrük Komitəsindən yağla bağlı daha bir açıqlama - 5.2 dollardır

Gömrük Komitəsindən yağla bağlı daha bir açıqlama - 5.2 dollardır

Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən kərə yağları ilə bağlı növbəti dəfə açıqlama yayıb.

Shafaqadogru.com əbər verir ki, açıqlamada bildirilir ki, Azərbaycana idxal olunan yağ məhsullarının qiymətləri ilə əlaqədar DGK tərəfindən xarici ticarətin statistikasına və mal nomenklaturasına uyğun olaraq 9 ay ərzində ümumiləşdirilərək yağ məhsullarının bütün çeşidlərinin, eləcə də idxal olunan ölkələr (Almaniya, Yeni Zelandiya və daha yaxın məsafədə yerləşən qonşu ölkələr-Rusiya Federasiyası, Ukrayna, Belarus və s.) nəzərə alınaraq orta statistik qiyməti və digər məlumatlar bundan əvvəlki açıqlamada öz əksini tapıb: "Əlavə olaraq daha detallaşdırılmış yağ məhsulları çeşidləri daxilində kərə yağına gəldikdə isə bu məhsulun cari ilin sentyabr ayı üçün orta statistik qiyməti 5.20 ABŞ dolları təşkil edir.

Nəzərə almaq lazımdır ki, idxal əməliyyatları zamanı gömrük dəyəri gömrük orqanlarına təqdim edilən xarici ticarət müqavilələrində müəyyən olunan satış qiymətləri, göndərmə şərtləri əsasında formalaşır və müvafiq gömrük ödənişləri hesablanır. Gömrük ödənişləri ödənildikdən sonra məhsul sərbəst dövriyyəyə buraxılır”.