Şəfəqə Doğru » Manşet » Dağ Kəsəmən kənd qəbirstanlığının ətrafındakı setka niyə sökülüb?

Dağ Kəsəmən kənd qəbirstanlığının ətrafındakı setka niyə sökülüb?

Dağ Kəsəmən kənd qəbirstanlığının ətrafındakı setka niyə sökülüb?

Bu günlərdə redaksiyamıza Ağstafa rayon Dağ Kəsəmən kənd sakinləri tərəfindən məlumat daxil olmuşdur.Məlumatda 2-3 il  bundan qabaq Ağa adlı rusiyada yaşayan bir nəfər iş adamı qəbirstanlığın kənarını bütövlükdə öz şəxsi  və saiti hesabına   3-4 min manatlıq xərc çəkərək,  dəmir  torla hasarlamışdır.İndi Dağ Kəsəmən kəndinin əhalisi  maraqlı bir tendesiya ilə üzləşib.Hər kəsi düşündürən hal odur ki,kəndin bu günə saya gəlməyən problemləri olduğu halda (kənd cammatının dediyinə görə ,qaz hələ də bizdə kəndin 4\3 hissəsinə  çəkilməyib ,su problemi acınacaqlı halda ,kəndin yarısında işıqlar yanmır küçələrda ,zibil qabları yox və s.) Lakin bunların həllinə vəsait tapılmaqığı halda bu günlərdə  Dağ Kəsəmən kənd icra nümayəndəsi hansısa vəsaitlə qəbirstanlığın hasarını söküb ,yerinə yenisini tikdirir.Elə məhz  kənd cammatını da əndişələndirən budur.Kəndin mərkəzində yeni tipli məktəbin adı əhali arasında "Xolodnıy məktəb”adını alıb,çünki neçə illərdir məktəbin istixanası yox ,qazı yox.Şagirdlər evlərindən üstündə oturmaq üçün döşəkcə aparırlar .Ağstafa rayon İH  başçısı hər dəfəDağ Kəsəmən kəndinə  hansısa  bir tədbirə gələndə, həmin məktəbin akt  zalında həmin kənd cammatı ilə görüşəndə, ziyallılar və ağsaqqallar ona həm məktəbin həm də digər problemləri  xatırladır. O isə,kənd icra nümayəndəsi  Fazil Bayramov və bələdiyyə sədri  Ariz Bayramov  əmi oğlanlarını danlayır,sizi işdən qovacam deyir.Lakin, həyat onların istədiyi kimi davam edir.Umumiyyətlə məlumatda Ariz Bayramovun artıq 15-ci ilə keçir ki,pulu alınıb sədirliyə`` təyin`` olunur. Məlumatlı mənbə onuda bildirir ki, məhz o kənddə üçüncü dəfədir ki, Ariz bayramov seçilmir`` təyin ``olunur.Cünki ,hər iki kənd rəhbəri başda İH başmısı olmaqla  kənddə seçkiləri saxtalaşdırır. kənd cammatı isə əndişəlidir ki,hansı gördüyü işlərə görə ,bu yenidən təkrar” təyin” olunur. Aydın məsələdir ``At Əhmədin,arpa Məmmədin tök qabağına qoy yesin”  zərbi öz əksini tapır.Bu iki əmi oğlu neçə illərdir bu kəndi  istismar edir, və həmin pullarla yenidən rüşvət verərək ,vəzifəsini əlində saxlayır deyə mənbə bildirir. Onu da qeyd edim ki,Ariz Bayramovun qardaşının həyat yoldaşı da kənd mədəniyyət evinin müdiri vəzifəsində işləyir.

 Bunlar qalsın ,dönək kənd qəbirstanlıq məsələsinə .Apardığımız araşdırmalara görə kəndin icra nümayəndəsi  Fazil . Bayramov qəbirstanlığın ətrafındakı setkaları və dayaqları söküb ,yaxın qohumu Yaşarın qapısına satılmaq üçün yığıb ,başqa bir məlumatda isə artıq yüzlərlə metri satılıb.Məlum olur ki ,hansısa qeyri hökümət təşkilatının təşəbbüsü ilə həmin işə vəsait ayrılıb. Hətda bu iş üçün kənd cammatından  pul da  yığırlar.Elə kənd cammatını narazı salan da budur ki,Fazil Bayramovu hansı maraq,kənddə saydığımız problemlər olduğu halda iki- üç il bundan qabaq çəkilmiş setkanı sökdürüb yenisini çəkdirməyə bu qədər vəsait xərcləyir.Dirilər zillət çəkirkən ,ölülərin dərdini çəkir,deyə kənd sakinləri narazılığını bildirir. Elə əsas marağın F.Bayramöv üçün tərəfi də bu işdə yaxşıca yeyinti olmasıdır deyir mənbə.

 Mövzuya qayıdacağıq .

Qarşı  tərəfin fikrini də dərc etməyə hazırıq.

                                                                                                Neymət Novruzov.