2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov məlumat verib.
Komitə rəsmisi bildirib ki, 8 ay ərzində ən çox nikah avqust ayında qeydə alınıb.
R.Süleymanovun sözlərinə görə, 9787 boşanma hallarından ən çoxu may ayına təsadüf edib.
Hesabat dövründə ən çox nikah və boşanma Aran, Gəncə-Qazax iqtisadi rayonlarında rəsmiləşdirilib