Şəfəqə Doğru » Manşet » Ağstafada fabrikdə yanğın olub, FHN-nin polkovnik-leytenantı xəsarət alıb

Ağstafada fabrikdə yanğın olub, FHN-nin polkovnik-leytenantı xəsarət alıb

Ağstafada fabrikdə yanğın olub, FHN-nin polkovnik-leytenantı xəsarət alıb
Ağsatafa rayonunda fabrikdə yanğın olub, Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantı xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonda yerləşən "Akkord-Tekstil" fabrikində baş verib. Ümumi sahəs 600 kvadrartmetr olan fabrikin 160 kvadrat metrlik 2 otağında baş verən yanğın zamanı teknika və əşyalar yanıb. 
Hadisə yerinə FHN-nin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin (YMH) əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsində iştirak edən Ağstafa YMH-nin rəsi, polkovnik-leytenant Sənan Mansurov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 
Yanığının baş vermə səbəbləri araşdırılır.