Qazax rayonunda meşələrin hər gün gözümüzün qabağında mehv edilməsinin şahidi oluruq.Onlardan biri də ,bu günlərdə redaksiyamız tərəfindən foto şekli çəkilmiş rayonun Daş Salahlı kəndinə geden yolun kənarında gecənin bir vaxtı kəsilib satılmış ,çox illik ağacların izini itirmək üçün ,altı-yeddi ağacın birlikdə köklərinin yandırıldığının şahidi oluruq.Bu barədə Qazax Meşə Muhafizəsi və Bərpası Müəssisəsinin direktoru Aqil Heydərova şəxsən mən "Şəfəqə doğru” qəzetinin baş redaktoru olaraq,foto şəkilləri göstərərək ,faktla əlaqədar, suallarımızı cavablandırmasını istədim .Qısaca olaraq,mənə belə cavab verdi:”hələ təmiz meşəni kəsib yerində badam və ərik ağacları əkdirəcəm "
Bəs bu qoyun sürülərinin meşənin içərisində otarılmasına nə deyərsiz sualına isə ,-"meşədə qoyun sürüsü otlayar dəə , insan otlamaz ki”deyə cavablandırdı.
Bəlkə ,Aqil Heydərov haqlıdır,kimsə bu haqqı ona tanıyıb. Bəs o zaman maraqlıdır ,Niyə yalnız A.Heydərovun sürüləri ,yaxudda onun icazə verdiyi sürülər otlayır?
Niyə A.Heydərov hər kəsə icazə vermir ki, heyvanlarını o meşələrdə otarsın ?
Bu sualların cavabını isə, yəqin ki,Ekalogiya və Təbbi Sərvətlər Nazirliyinin səlahiyətliləri cavablandırallar.Biz şəkillərdə faktları göstəririrk ,və yerində də göstərməyə hazırıq.
Qarşı tərəfi dinləyib fikrini dərc etməyə də hazırıq.
Neymət.