Şəfəqə Doğru » Manşet » Ərdoğan və xanımı Bakıda- Foto

Ərdoğan və xanımı Bakıda- Foto

Ərdoğan və xanımı Bakıda- Foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir.

Shafaqadogru.com  xəbər verir ki, "Anadolu” agentliyi Ərdoğanın təyyarəsinin Ankara vaxtı ilə saat 10:00-da yola çıxdığını yazıb.

Ərdoğanla birlikdə həyat yoldaşı Əminə Ərdoğan, İqtisadiyyat naziri Nihat Zeybəkçi, Enerji və Təbii Sərvətlər naziri Barat Albayraq, Təhsil naziri İsmət Yılmaz, Müdafiə naziri Nurəddin Canikli də Azərbaycana gəlir.

Qeyd edək ki, Ərdoğan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin açılışı mərasimi üçün Bakıya səfər edir.

***

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.