Badımcanın vətəni Hindistandır. Botanika elmində badımcan tərəvəz deyil, giləmeyvə sayılır.
Lakin bununla badımcanın sirləri bitmir. Sizə badımcanın az bilinən faydalarını təqdim edirik.
1. Badımcan tütünün yaxın qohumudur və onun tərkibində mikrodozalarda olsa da nikotin var. Bu səbədən siqaretdən imtina etmək istəyən insanlar badımcanı daha çox istehlak etməlidir. Tərəvəz onların vəziyyətini yaxşılaşdırır, pis vərdişdən azad olmaq prosesini daha asan edir.
2. Həll olunmayan qidalı liflərlə zəgin olan badımcan bağırsaqların əaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir, arıqlamağa kömək edir.
3. Həll olunmayan qidalı liflər həmçinin orqanizmi ziyanlı maddələrdən təmizləyir, xolesterinin səviyyəsini aşağı salır.
4. Badımcan qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır.
5. Badımcan ürək və damarların sağlamlığını qoruyur, təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ateroskleroz və işemiya xəstəliyinin qarşısını alır. Məhz buna görə badımcanı "uzunömürlülərin tərəvəzi" adlandırırlar.