"Bu dollar-manat məsələsi Azərbaycana böyük zərbə vurdu. Bunun da səbəbkarları bank-maliyyə sektoruna baxan məmurlardır”.
Bu fikirləri mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib.
Onun sözlərinə görə, bank-maliyyə sektorunda gedən oyunlar ölkədə ciddi qiymət artımına səbəb olub:
"Elman Rüstəmov hər dəfə çıxış edir, manatın möhkəmlənməsindən danışır, bir həftə sonra yenidən qiymətlər oynayır. Bilirsiz, manatın arxasında istehsalat yoxdur. Demək olar ki, bütün məhsulları xaricdən alırıq. Səbəb də odur ki, ölkədə istehsal sahələri bərbad vəziyyətdədir. Belə olan təqdirdə dolların bahalaşması sadə vətəndaşlara ciddi problemlər yaradır”.
Partiya sədri Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin də yarıtmaz olduğunu bildirib. Onun sözlərinə görə, bu qurumun rəhbəri Rüfət Aslanlı ölkənin maraqlarına zidd fəaliyyətlə məşğuldur:
"Rüfət Aslanlı indi Fərhad Əliyevin yolu ilə gedir. O vaxtkı kimi bu da bəzi Qərb dairələri ilə münasibətlər qurur ki, guya prezident olacaq. Bir yerdə belə bir fikir işlədib ki, bu dövlətə elə bir zərbə vuracam ki, ayağa qalxa bilməsinlər. Maliyyə-bank sektorunda baş verən oyunlar da həmin planın tərkib hissəsidir. Bu adamalr qəsdən belə edirlər ki, camaatı dövlətdən, dövlət başçısından narazı salsınlar. Durub Milli Məclisdə inkişafdan danışırlar. Bu adamların danışdıqlarının hamısı yalandır.
İqtisadi bolka cavabdeh olan nazirlər desinlər görüm, 150 manatla necə dolanmaq olar? Axı, insanlara bu qədər zülm eləmək olmaz? Nəqədər yalan danışacaqsız? Hesab edirəm ki, bu adamlarla yola davam eləmək olmaz. 2018-ci ildə daha ağır günlər bizi gözləyir. Düşünürəm ki, gələn il ölkənin maliyyə bazarında böyük gərginlik olacaq. Ən pisi də odur ki, əhalinin böyük əksəriyyətinin iqtisadi durumun aşağıdır. Manatın ölməsi, qiymətlərin qalxması onlara ağır zərbə vuracaq. O nazirlər, komitə sədrləri, icra başçılarının vecinə deyil. Amma bu camaat yazıqdır. Ona görə də hesab edirəm ki, xalqı bu günə qoyan məmurlar işdən azad olunmalı, barələrində cinayət işi açılmalıdır və taladıqları pulları alıb xalqa xərcləmək lazımdır”.