Şəfəqə Doğru » Manşet » Ağstafada tarixi abidə yerlə yeksan edildi - FOTOLAR

Ağstafada tarixi abidə yerlə yeksan edildi - FOTOLAR

Ağstafada tarixi abidə yerlə yeksan edildi - FOTOLAR
Ağstafa rayon, Dağkəsəmən kənd sakini Muradov Ələsgər İmran oğlu Moderator.az-a müraciət edərək tarixi abidənin kimlərsə tərəfindən dağıdıldğını iddia edir. 

Onun sözlərinə görə, yaşadığı Dağkəsəmən kəndində babasının 1804-cü ildə tikdirdiyi "Balabəyin evi” adlı tarixi abidə naməlum kənd sakini tərəfindən dağıdılıb. 

Ələsgər Muradov bildrir ki, tarixi abidə Nazirlər Kabinetinin 2001-ci ildə, 132 nömrəli qərarı ilə dövlət tərəfindən qeydiyyata alınıb: "İnvertar nömrəsi 4076 olan abidəyə, müraciətim əsasında 2015-ci ildə dövlət təfindən baxış keçirildi və abidəyə heç bir kənar müdaxilənin qeydə alınmadığı bildirildi. Lakin bu ilin mart ayının 26-da kənddə olarkən gurultu eşitdim və həmin abidənin olduğu yerdən toz-duman yüksəldiyini gördüm. Ərazi kənd sakini Muradov Alik Fuad oğlu tərəfindən hasara alındığından əraziyə yaxınlaşa bilmədim. Hadisə barədə Mədəniyyət və Turizm Nazirliyinə, Rayon İcra Hakimiyyətinə, Polis Şöbəsinə müraciət etdim. Hal-hazırda araşdırma aparılır. Babamdan bizə qalan tarixi abidənin kimlərinsə şəxsi maraqları üçün dağıdılmaması üçün məsələnin ictimailəşdirilməsini sizdən xahiş edirəm. 

Bura heç mənim babamın da olmasa tarixi abidənin dağıdılmasına necə göz yuma bilərəm, belə abidələri qorumaq bizim vətəndaşlıq borcumuzdur. 

Bildirmək istəyirəm ki, 200-dən çox yaşı olan "Balabəyin evi” abidəsinin Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə 2016-2019-cu illər arasında tam bərpası nəzərdə tutulur". 

Ağstafada tarixi abidə yerlə yeksan edildi
Ağstafada tarixi abidə yerlə yeksan edildi