"Bu gün Azərbaycan səhiyyəsi müasir avadanlıqlarla təmin olunub, amma müasir həkimlərlə tam təmin olunmayıb. Düzdür, peşəkar həkimlərimiz var onları da önə buraxmırlar”.
Bu fikirləri mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, bacarıqlı həkimlər rüşvət vermədiklərinə görə kənarda saxlanılır:
"Həkimlərə aylıq "haqq” qoyulur, vicdanı olan da buna etiraz edir. Ya işləmir, ya da baş götürüb ölkədən gedirlər. İndi həkimlər cəllad rolunu oynayırlar. Ölkədə elə bir vəziyyət yaranıb ki, pulun yoxdursa, öləcəksən. Səhiyyə naziri gedib Almaniyada müalicə olunursa, başqa söz deməyə ehtiyac yoxdur. Bu adamların özləri də bilirlər ki, səhiyyə pis gündədir. Bunların hamısı saymamazlığın nəticəsidir. Hərə bir tərəfdə "mənim arxam var” deyib rahat gəzir. Ortada qırılan bu yazıq camaatdır”.
Partiya sədri hesab edir ki, bu sahədə kardinal dəyişikliklər olmalıdır. Onun sözlərinə görə, səlahiyyət vicdanlı, vətənini, millətini sevən, prezidentinə sadiq olan adamlara verilməlidir:
"Bu məmurlar prezidenti sevmirlərsə, onlardan vicdanlı xidmət gözləməyə dəyməz. Prezident bütün gücü ilə çalışır, əlavə vəsaitlər ayrılır, müasir avadanlıqlar alınır, amma onlardan lazımi səviyyədə istifadə olunmur. Bir məsələ də var ki, həkimlərin təminatı yoxdur. 200 manat əməkhaqqı olan həkim nə etməlidir? Məcburdur ki, ailəsini dolandırmaq üçün rüşvət alsın. Ona görə də həkimlərin maaşı artırılmalıdır ki, gözləri xəstələrin cibində olmasın”.
Müsahibimiz onu da vurğulayıb ki, Bakıdakı özəl klinikaların hamısı bu və ya digər oliqarxlarındır. Onun sözlərinə görə, ölkədə hər şeyi onlar əllərinə alıblar, bu sahə də həmin şəxslərini monopoliyasındadır:
"Elə məmur var ki, Bakıda bir neçə klinikası var. Saxladıqları pozğun qadınları, qızları doldurublar onlar, onlar da gündə bir adamın ölümünə səbəb olur. Yəni, yiyəsizliyin nəticəsidir ki, belə bir acınacaqlı şərait yaranıb. Nə qədər ki, nazirlər, komitə sədrləri, icra başçıları öz işləri ilə deyilə bizneslə, klinika ilə məşğul olacaq, bu cür vəziyyət davam edəcək. Çox təəssüf ki, bu adamlar xalqı bir tərəfdən acından qırırlar, o biri tərəfdən də xəstəxanalarda. Bütün bunlar ermənilərə xidmət edənlərin işidir. Bunun qarşısı alınmasa, nəticə çox pis olacaq”.