Donald Trampın hakimiyyətə gəlməsindən sonra Ağ Ev ABŞ hərbçilərinin Şərqi Avropadan çıxarılması imkanlarını nəzərdən keçirib
Bu barədə informasiyanı "Deyli Bist” qəzeti yayıb.
"Trampın hakimiyyətinin əvvəlində Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli nümayəndələrindən biri Amerika ordusunun bir hissəsini Şərqi Avropadan çıxarmağı təklif etdi. Burada əsas məqsəd Rusiya Prezidenti Vladimir Putinlə yeni münasibətlərin yaradılması idi”, - məqalədə bildirilib.
Qəzet təklifi irəli sürən şəxsin Trampın strateji planlaşdırma üzrə köməkçisinin müavini Kevin Xarrinqton olduğunu söyləyib. Xarrinqton xüsusilə Baltikyanı ölkələrdən ABŞ ordusunun çəkilməsini istəyib.(axar.az)