Şəfəqə Doğru » Manşet » Valideynlər ərizə yazıb uşaqlarını atır - Sumqayıt olayı ilk deyilmiş - HƏKİM

Valideynlər ərizə yazıb uşaqlarını atır - Sumqayıt olayı ilk deyilmiş - HƏKİM

Valideynlər ərizə yazıb uşaqlarını atır - Sumqayıt olayı ilk deyilmiş - HƏKİM

Ötən ilin sentyabrında 5 günlük körpə qız nənəsi tərəfindən Sumqayıt Şəhər Uşaq Xəstəxanasına atılıb. Xəstəxnaya gətirilərkən körpənin səhhətində problemlər aşkarlanıb. Nənəsi tərəfindən həkimlərin yanında tərk edilən körpəyə 4 aydır ki, yaxınları sahib çıxmır. 

Körpənin vəziyyəti ilə bağlı Cebhe.info-ya açıqlama verən müalicə həkimi Aytən Əkbərova faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edildiyini bildirib: 

"Körpə bura atıldıqdan sonra dərhal hüquq-mühafizə orqanlarına məlumat verdik. Artıq 4 aydır ki, bu istiqamətdə axtarışlar davam edir. Körpənin vəziyyəti artıq normallaşıb, səhhətində heç bir problem yoxdur. Körpə xəstəxanaya gətirildikdə onda aşkarlanan müəyyən xəstəliklərdən xilas olub”. 

A.Əkbərova bildirib ki, çox qısa müddətdə körpəni körpələr evinə yerləşdirməyi düşünürlər: "Uşaq sağlam olduğu halda onu körpələr evinə yerləşdirirlər. Artıq körpədə heç bir patalogiya olmadığı üçün onu çox qısa zamanda körpələr evinə yerləşdirməyi planlaşdırırıq. Artıq körpənin səhhəti ilə bağlı hər hansı narahatlığımız yoxdur, inkişafı da yaş dövrünə uyğundur”.

A.Əkbərovanın sözlərinə görə, körpənin yerləşdirilməsi məsələsi baş səhiyyə idarəsi ilə razılaşdırılacaq.

A.Əkbərovanın bildirib ki, valideynin imtina ərizəsi olmadan körpənin xəstəxanaya atılması ilk belə hadisədir: 

"Lakin bu zamanadək də xəstəxanamıza uşaqlar atılıb. Hansı ki, onlarda da müəyyən patalogiyalar olub və valideynlərin ərizəsi ilə bura atılıb. Bu zaman da hüquq-mühafizə orqanlarına məlumat verilib, akt tərtib olunub. Vəziyyət stabilləşdikdən sonra həmin uşaq da körpələr evinə yerləşdirilir. Ötən il Qaradağ rayon qeydiyyatında olan valideyn tərəfindən belə bir müraciət daxil olmuşdur”. 

Müalicə həkimi qeyd edib ki, atılmış uşaqların sayı daxil olan müraciətlərin çox cüzi hissəsini təşkil edir: "İl ərzində 1-2 belə müraciət daxil olur”.

Qeyd edək ki, bir neçə aydır Sumqayıt Şəhər Uşaq Xəstəxanasına atılan körpənin hələlik adı da yoxdur.

Nigar Məhərrəm