Türkiyənin Qıda, Əkin və Heyvandarlıq naziri Əşrəf Fakıbaba şəhərə köş edıən kəndlilərin geri qayıtması üçün dövlətin ümdhiş planını açıqlayıb.
Shafaqadogru.com xəbər verir ki, şəhərə gedişi əngəlləmək və şəhərə köç edən ailələrin geri qayıtması, eyni zamanda, ölkənin heyvandarlıq sahəsini güclü inkişaf etdirmək üçün başladılan layihiyəyə görə, hər ailəyə 300 doğar qoyun veriləcək: "Hər ailəyə 300 damazlıq qoyun və bu qoyuna baxacaq ailəyə eyni zamanda maaş veriləcək. Üstəlik, qoyunlar sığorta olunacaq, yem, dərman, baytar həkimə ehtiyac olarsa, o da qarşılanacaq".
Nazir bildirib ki, bütün bunlar üçün kəndlidən yalnız kənddəki torpaq sahəsinin kupçası ipoteka ediləcək:
"300 qoyun hər il 300 quzu verəcək. Bu quzuların hamısı da sahiblərinə qalacaq. Geri ödəmə yalnız 300 doğacaq quzu ilə başlayacaq. Bu quzuların bir neçə ay sonra hər biri 700-800 (Təxminən 320-380 manat) lirəyə satıla bilir. Bu, ildə 210 min lirə qazanc deməkdir".