Göyçayın icra başçısı Mehdi Səlimzadə büdcədən maliyyələşən idarə və təşkilatları seçki təşviqatına cəlb edib
Shafaqadogru.com FİA.Az-a isdinadən verdiyi xəbərə görə, icra başçısının göstərişi ilə təkcə büdcə təşkilatları deyil, məktəblilər də bu prosesə məcburi yönəldilir.
Martın 2-də keçirilən tədbirdə orta məktəb şagirdlərini məcburən bir zala toplayaraq seçkilər haqda bəyanatlar səsləndiriblər.
Bu da qanuna ziddi addımdır. Çünki məktəbliləri dərslərdən yayındırıb siyasi proseslərə qarışdırmaq qanunvericiliyə qarşıdır.
Məktəb şagirdləri səsvermə hüququna malik olmadıqlarına görə onlardan təbliğat ruporu kimi istifadə edilməsi qanunu tapdalamaqdır.
Həmin iclasda prezident seçkisində İlham Əliyevi dəstəkləməyə çağırışlar olub. Aksiyada çıxış edənlər son iki ayda maaşların, pensiyaların xeyli artığını vurğulayıblar.
Prezident İ.Əliyevə dəstək verilməsi üçün ilk növbədə təşviqat kampaniyası başlanmalıdır. Bu halda aksiya keçirmək qanunsuzluqdur. İkincisi, məktəbliləri siyasətə qatmaq olmaz.
Təbii ki, prezident İlham Əliyevin seçkilərdə qalib gələcəyi bəllidir. Onun siyasi nüfuzu, xalq tərəfindən dəstəklənməsi alternativlərindən qat-qat güclü olduğunu göstərir.
Ancaq buna baxmayaraq hər şey qanunvericiliyə uyğun olmalıdır. YAP, MSK, rəsmi orqanlar Seçki Məcəlləsində nəzərdə tutulan müddəalara uyğun addımlar atır.
Göyçayın icra başçısı isə səsvermə hüququ olmayan məktəbliləri başlanmayan seçki təşviqatına cəlb etməklə həm qanunları pozur, həm də hakimiyyəti pis vəziyyətə qoyur.
Çünki beynəlxalq təşkilatlar, Qərb təsisatları Azərbaycanda keçiriləcək seçkilərin şəffaflığı, demokratikliyi ilə əlaqədar hesabatlar, rəylər açıqlayacaqlar.
FİA.Az-ın verdiyi xəbərə görə, M.Səlimzadə hakimiyyətə xidmət göstərdiyini düşünür. Lakin icra başçısı iqtidarı çətinə salan və anti-Azərbaycan dairələrin, müxalifətin əlinə arqumentlər verən addımlar atır.
Məktəblilər seçki aksiyasına cəlb olunmasa belə, normal seçkilər keçiriləcəkdi. Əgər M.Səlimzadə iqtidara dəstək vermək, xalqın, göyçaylıların səsini qazandırmaq istəyirsə, bunun ən gözəl yolu vətəndaşlara xidmətdir. İcra hakimiyyətinə qəbula gələnləri dinləmək, problemlərini həll etmək, rayonda abadlıq-quruculuq işləri görmək, sahibkarları incitməmək, şikayətlərə baxmaq, kəndlərdə görüşlər keçirmək, insanların sosial problemlərinə köməklik göstərməkdir.
Bu halda hakimiyyətin bir qolu olan icra hakimiyyəti seçkidə hakim partiya namizədinə səs qazandırmış olacaq.
Vətəndaşlar hakimiyyətin yerli idarəetmə orqanına rəhbərlik edən məmurdan diqqət, qayğı görəndə, problemlərin həll edildiyinə şahid olanda onun namizədini seçkidə səs verəcək.
Prezident də bildirib ki, icra başçılarını təyin edərkən onlara xalqla işləməyi tapşırır. M.Səlimzadə isə məktəblilər məcburi şəkildə seçki aksiyasına cəlb etməklə hökumətin əməyini, nüfuzunu yerə vurur.
Amma Mehdi Səlimzadənin özbaşınalığı nəticəsində Göyçayda seçkiqabağı çoxlu sayda işsizlər ordusu yaranıb.
Belə ki, icra başçısı rayonun idarəetməsini öz qardaşı oğlu Səməd Cəbrayılova həvalə edib. Qardaş oğlu isə demək olar ki, birdən-birə milyarder olmaq eşqinə düşərək böyük biznes imperiyası qurmağa start verib.
Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin olunandan az sonra qardaşı oğlu Səmədi Göyçay Gənclər Mərkəzinə müdir vəzifəsinə təyin etdi.
Təxminən bir ay əvvəl isə Səməd Cəbrayılov Göyçay rayon İcra Hakimiyyətində kadrlar şöbəsinə müdir vəzifəsinə gətirildi.
Səmədin qurduğu plana əsasən Göyçay Avtonəqliyyat ASC-də yerləşən bazarı antisanitariya adı ilə bağlatdırıb özünə Göyçay şəhərinin mərkəzində mebel Rəşid adlı şəxslə ortaq "Təzə Bazar" adlı bazar açıblar.
Göyçay Avtobazasında yerləşən bazarda 500 dən çox insan alver edib evinə çörək aparırdı ki, indi həmin şəxslər işsiz qalıblar. Bütün bu faktlarla bağlı Göyçay RİH-nin münasibətini yaymağa hazırıq.