Rusiya höküməti Ermənistanda məktəblərin qidalanma sisteminin inkişafı üçün 7 milyon dollar ayıracaq. ANS PRESS-in sputnikarmenia.ru saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev sərəncam imzalayıb. Sərəncama əsasən, Rusiya 2016-2017-ci illərdə bu sistemin inkişafına dair layihənin həyata keçirilməsi üçün Ümumdünya Qida Proqramı Fonduna 7 milyon dollar ödəyəcək.
Bununla bağlı müvafiq sənəd Rusiya hökumətinin hüquqi informasiya portalında yerləşdirilib.Layihəyə əsasən 7 milyon dolların yarı hissəsi 2016-ci ildə, digər yarısı isə 2017-cu ildə veriləcək.