Qoç – səhhətiniz imkan verirsə, fəallığınızı artırmalsınız. Təcrübəli insanların məsləhətlərindən yararlanın.
Buğa - günün ilk yarısını oturaq şəraitdə keçirməyiniz məsləhətdir. Saat 14-dən sonra isə hər şey ürəyinizcə olacaq, özünüzə güvənin.
Əkizlər - ikitərəfli əməkdaşlığa imza ata bilərsiniz. Yeni layihələrin müzakirəyə çıxarılması üçün düşərli gündür.
Xərçəng - ilk öncə qarşılıqlı münasibətlərdə mövcud olan gərginliyi aradan qaldırmağa çalışın. Uzaq yola çıxmayın.
Şir – başınız iş-gücə o qədər qarışıb ki, ailə-sevgi münasibətləriniz arxa plana keçməyə başlayıb. Bu səhvinizi düzəltməyə çalışın.
Qız - perspektivli pul sövdələşmələrini təxirə salmayın. Nahardan sonra istənilən işgüzar sövdələşmədə ehtiyatlı olmağa çalışın.
Tərəzi - istənilən risk və yeniliyə cəhd uğursuzluqla nəticələnə bilər. Günorta saatlarında müəyyən qədər gəlir gözlənilir.
Əqrəb - çoxdan bəri nəzərdə tutduğunuz ideyaları nəhayət həyata keçirməyi bacaracaqsınız. Amma bu istiqamətdə təkbaşına hansısa addımı atmayın.
Oxatan – səhhətinizdəki problemlər planlarınızın icrasına əngəl yarada bilər. Belə vəziyyətdə ailə üzvlərinə güvənin.
Oğlaq – bu gün dostlarla görüşə və ya qonaq gedə bilərsiniz. Saat 15-17 aralığında çox uğurlu hadisələr gözlənilir.
Dolça - bu gün aqressivləşə bilərsiniz. Daha humanist olmağa çalışın.
Balıq - uzaq yola çıxa bilərsiniz. Amma sağlıq durumunuzu da nəzərə alın. Təmiz hava sizə yaxşı təsir edə bilər.